Icma.az
close
up
RU
Dəmiryol Vağzalında “Kitab Dayanacağı” təqdirəlayiqdir Şahbaz Xuduoğlu

Dəmiryol Vağzalında “Kitab Dayanacağı” təqdirəlayiqdir Şahbaz Xuduoğlu

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Azərbaycanda da belə təşəbbüslərin genişlənməsi cəmiyyətin intellektual inkişafına müsbət təsir göstərə bilər

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı Dəmiryol Vağzalında "Kitab Dayanacağı" layihəsinə start verib. Bu barədə ADY məlumat yayıb. Məlumata görə, layihə sərnişinlərin gözləmə və səfər vaxtını daha maraqlı, faydalı və mənalı keçirməsi məqsədilə həyata keçirilir.

Bildirilib ki, Bakı Dəmiryol Vağzalının gözləmə zalında fəaliyyət göstərən "Kitab Dayanacağı"nda müxtəlif dillərdə və janrlarda təqdim olunan kitablardan qeydiyyat və ödəniş etmədən istifadə etmək mümkündür. Sərnişinlər kitabı gözləmə zalında və ya səfər zamanı oxuya, daha sonra isə digər oxucuların da faydalanması üçün onu yenidən "Kitab Dayanacağı"na və ya qatar bələdçisinə təhvil verə bilərlər. ADY oxucuları layihəyə töhfə verməyə dəvət edib. Belə ki, vətəndaşlar oxuduqları və başqalarına tövsiyə etdikləri kitabları Bakı Dəmiryol Vağzalındakı Məlumat Mərkəzinə təhvil verməklə və ya qurumla birbaşa əlaqə saxlayaraq layihəyə əlavə edə bilərlər. Qurum kitabların hər kəs üçün nəzərdə tutulduğunu vurğulayaraq, sərnişinləri onlara qayğı ilə yanaşmağa və növbəti oxucular üçün qoruyub saxlamağa çağırıb. 

“Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Sherg.az-a bildirib ki, Dəmiryol Vağzalında “Kitab Dayanacağı” kimi layihənin həyata keçirilməsi həm maarifləndirici, həm də sosial baxımdan olduqca vacib təşəbbüsdür:

“Dəmiryol Vağzalında belə bir layihənin həyata keçirilməsi təqdirəlayiqdir. Bu, çox müsbət və faydalı addımdır. Dünyanın bir çox ölkəsində ictimai məkanlarda kitab guşələrinin yaradılması insanların mütaliəyə marağının artırılması baxımından uğurlu nəticələr verir. Azərbaycanda da belə təşəbbüslərin genişlənməsi cəmiyyətin intellektual inkişafına müsbət təsir göstərə bilər.

İnsanlar gündəlik həyatın sürətli ritmi səbəbindən bəzən kitaba vaxt ayırmaqda çətinlik çəkirlər. Vağzal kimi insanların daha çox gözləmə vaxtı keçirdiyi məkanlarda kitabların əlçatan olması mütaliənin təşviqi baxımından çox önəmlidir. Bu, xüsusilə gənclərin və uşaqların kitaba marağının formalaşmasına stimul verə bilər”.

Ş. Xuduoğlu qeyd edib ki, belə layihələrin uğuru və uzunömürlü olması cəmiyyətin münasibətindən asılıdır: “Layihənin keyfiyyəti və davamlılığı da məhz onun uzunömürlü olması ilə ölçüləcək. Əgər insanlar kitablara qayğı ilə yanaşsa, oxuduqları kitabları geri qaytarsa və layihəyə yeni kitablarla dəstək versə, “Kitab Dayanacağı” uzun müddət fəaliyyət göstərə bilər. Çox istərdim ki, bu təşəbbüs təkcə Bakı Dəmiryol Vağzalı ilə məhdudlaşmasın. Gələcəkdə digər vağzallarda, metro stansiyalarında, hava limanlarında və müxtəlif ictimai məkanlarda da oxşar layihələr həyata keçirilsin. Çünki kitab oxuyan cəmiyyət həm düşüncə, həm də mədəniyyət baxımından daha güclü olur.” 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 İyul 2026 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri