Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Kitayla Sovet

Kitayla Sovet

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.


Akif ABBASOV
(hekayə)
Əbil Kərimli otağa daxil oldu. Kafedra əməkdaşları ayağa qalxıb təzim etdilər. Əbil müəllim əli ilə işarə etdi. Yəni əyləşin. Özü də tez keçib kresloda yerini tutdu.

Əbil müəllimin xasiyyəti idi. Kafedraya girməyi ilə bir-birinin ardınca tapşırıqlar verərdi. Bu dəfə nədənsə üzünü yalnız Firəngizə tutdu. Firəngiz laborant idi.
- Fira, sən belə elə...
Firəngiz ayağa qalxıb onun nə deyəcəyini gözlədi. Əbil müəllim sözünə davam etdi:
- Deməli belə. Sən düş aşağa - birinci mərtəbəyə. Anbarda pedaqoqların portretləri var. Xarici pedaqoqların, bir də bizimkilərin. De onları gətirsinlər kafedraya. Sənlik deyil. Özləri gətirərlər. Kafedrada bir guşə düzəldib o portretləri duvardan asarıq.
Firəngiz “baş üstə” deyib çıxdı. Az keçmiş əli ətəyindən uzun qayıdıb gəldi.
Əbil müəllim:
- Fira, nə oldu? – deyə soruşdu. - Hanı portretlər? Gətirirlər?
Firəngiz pərt:
- Yox, gətirmirlər? Anbardar dedi ki, verə bilmərəm. Gərək Kitayla Sovetin razılığı olsun.
Əbil müəllim ayağa qalxdı:
- Bu nə deməkdir? Kitayla Sovetin bura nə dəxli?
O zamanlar SSRİ adlanan dövlətin tərkibində idik. İndikindən iraq. Çin Xalq Respublikası ilə SSRİ-nin münasibətləri çox gərgin idi. Hətta sərhəddə qan da tökülmüşdü. Hər iki tərəfdən itkilər olmuşdu.
Əbil müəllim gözünü döyə-döyə qaldı. Öz-özünə dedi: “Bir görürsən?! İki dövlət arasındakı siyasi münasibətlər gəlib haralara çıxır?! Yaxşı, Soveti anladım. Bizim respublika SSRİ-yə baxır. Bəs Kitay niyə razılıq verməlidir? Pedaqoqlar arasında çinli olan bir nəfər də yoxdur.
Əbil müəllim Firəngizə müraciətlə:
- Fira, get o anbardara de ki, səni Əbil müəllim göndərib, - dedi. - Nüfuzlu bir kafedranın müdiri, professor Əbil müəllim. Həlləm-qəlləm işlə də arası yoxdur. Ondan nə Kitaya, nə də SSRİ-yə ziyan dəyməz. Bildin, Fira?
Firəngiz tez:
- Bildim, Əbil müəllim, - dedi. - Bu dəqiqə.
Bir müddət ötmüş Firəngiz ağlaya-ağlaya otağa daxil oldu:
- Əbil müəllim, nə qədər yalvar-yaxar elədim, anbar müdiri yenə daş atıb başını tutdu ki, Sovetlə Kitayın razılığı hökmən lazımdır.
Əbil Kərimli bu dəfə özü anbara düşdü.
Kafedra əməkdaşları da təəccüb içərisində idilər. Bu hadisənin nə ilə qurtaracağını səbirsizliklə gözləyirdilər.
Anbar müdiri Əbil müəllimi görcək ayağa qalxdı. Mehribanlıq göstərdi:
- Xoş gördük, Əbil müəllim. Başa düşürəm niyə gəlmisiniz. Vallahi-billahi ixtiyarım yoxdur. Əlimdən bir iş gəlmir. Məni çıxarıb atarlar bayıra. Bir çətən külfətim var. Mənə tapşırıblar ki, Kitayla Sovetin icazəsi olmadan anbardan bir çöp də çıxara bilmərəm. İstəyirsiniz lap öldürün məni.
Əbil müəllimin matı-mutu qurumuşdu:
- A kişi, mən Azərbaycan və bir də bəzi xarici ölkə pedaqoqlarının - Komenski, Uşinskinin portretlərini səndən istəyirəm. Bunun üçün Sovet İttifaqı, bir də Çin Xalq Respublikasının nə üçün qazılığı olmalıdır? Məni başa sal görüm.
Bu dəfə anbar müdiri çaşıb qaldı:
- Əbil müəllim, Sovet İttifaqının Çin Respublikasının bura nə dəxli var?
Əbil müəllim dedi:
- Elə mən də onu deyirəm də...
Anbardar bir anlığa susdu, sonda məsələni başa düşüb gülməkdən uğunub getdi:
- Ay pir olmuş, Kitay - bizim universitetin komendantı, Sovet də - təchizat şöbəsinin müdiridir. Təzə işçilərdir. Onların icazəsi olmadan əlimizi tərpədə bilmərik.
Bu dəfə Əbil müəllim anbardara qoşuldu. Otağı gülüş səsləri bürüdü. Əbil müəllim gülüşünü kəsib:
- Oyunun olsun, Qulamhüseyn. Mən də deyirəm bu iki dövlət niyə bizim işlərə qarışır. Sən demə...
Bakı şəhəri, 05 fevral 2025-ci il

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://reyting.az
archiveBu xəbər 06 Fevral 2025 08:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see722

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see412

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see280

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see279

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see263

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see261

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see258

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see246

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see240

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see227

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see222

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see221

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see219

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see219

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see218

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see214

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see205

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see197

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri