İran: ABŞ atəşkəsi dəfələrlə pozaraq diplomatik prosesə zərər verir
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ın İranın cənub bölgələrinə yönəlmiş hücumları ilə bağlı sərt açıqlama verib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Bəqayi ABŞ-ın atəşkəsi dəfələrlə pozduğunu və bunun diplomatik prosesə mənfi təsir göstərdiyini bildirib.
"ABŞ-ın atəşkəsi dəfələrlə pozması və ziddiyyətli açıqlamalar verməsi diplomatik prosesə zərər verir. Eyni zamanda sionist rejimin Livanda tez-tez atəşkəsi pozması da prosesə mənfi təsir göstərir. Diplomatik proseslər güc tətbiqindən zərər görür”, – deyə o vurğulayıb.
Jurnalistlərin suallarını cavablandıran Bəqayi qeyd edib ki, diplomatiyanın inkişaf etməsi üçün minimum fəaliyyət mühiti lazımdır. O, atəşkəsə baxmayaraq İranın cənub bölgələri və Livana edilən hücumlara etirazını ifadə edib.
İran rəsmisi əlavə edib ki, diplomatiya və hərbi güc ölkənin maraqlarının qorunması üçün paralel vasitələrdir.
"Silahlı qüvvələr lazım olan hər yerdə düşmənə cavab verəcək. Dünən gecə baş verənlər göstərdi ki, silahlı qüvvələr ölkənin müdafiəsindən çəkinməyəcək. Ölkənin müdafiəsi üçün lazım gələrsə diplomatiya, lazım gələrsə hərbi gücdən istifadə olunacaq”, – deyə Bəqayi bildirib.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 10 İyun 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















