KİV: ABŞ bütün bombardmançılarını insidentdən sonra Feyrfod bazasından çıxarıb
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bütün B-1 strateji bombardmançıları ötən həftə baş verən insidentdən sonra Böyük Britaniyadakı Feyrfod aviabazasından çıxarılaraq ABŞ-a qaytarılıb.
Bu barədə “The Wall Street Journal” qəzeti ABŞ administrasiyasının adının açıqlanmadığı rəsmilərinə istinadən yazıb.
Qeyd olunub ki, yaxın vaxtlara qədər həmin aviabazada ABŞ-ın təxminən 10 strateji bombardmançısı yerləşdirilib. ABŞ hərbçiləri bu obyektdən bombardmançı təyyarələrin İrana zərbələr endirmək məqsədilə uçuşları üçün aralıq baza kimi istifadə ediblər.
Pentaqonun açıqlamasında bildirilib ki, əməliyyat təhlükəsizliyi ilə bağlı səbəblər ABŞ hərbçilərinin və hərbi texnikasının hərəkəti barədə real vaxt rejimində məlumat verməyə imkan verməyib. Bununla belə, hazırda Feyrfod aviabazasında yerləşdirilmiş bütün ABŞ bombardmançılarının ölkə ərazisindəki daimi bazalarına qaytarıldığı təsdiqlənə bilər.
Qeyd edək ki, sentyabrın 27-də İngiltərənin qərbində yerləşən Feyrfod aviabazasının yaxınlığında 23-25 yaşlarında, hamısı London sakini olan beş nəfər saxlanılıb. Onlar əvvəlcə partlayıcı maddələr və terrorizmlə bağlı qanunvericiliyi pozmaqda şübhəli biliniblər.
Lakin həmin şəxslər ertəsi gün girov müqabilində sərbəst buraxılıblar. Polis daha sonra onların furqonlarında partlayıcı maddə aşkar edilmədiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 05 Oktyabr 2026 03:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















