KİV: ABŞ ın Qəzza üzrə Mülki Hərbi Koordinasiya Mərkəzində rəhbərlik dəyişəcək
Icma.az bildirir, Apa.az portalına istinadən.
ABŞ-ın Qəzza üzrə Mülki-Hərbi Koordinasiya Mərkəzinin (CMCC) hərbi və mülki rəsmiləri işdən çıxır və hələlik onların yerinə təyinat olmayıb.
APA xəbər verir ki, bu barədə “Reuters” anonim mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Mülki-Hərbi Koordinasiya Mərkəzinin rəhbəri, general-leytenant Patrik Frenk daha aşağı rütbəli ABŞ zabiti ilə əvəz olunacaq.
Qurumun mülki rəhbəri isə ABŞ-ın Yəməndəki səfiri kimi fəaliyyətinə davam etmək üçün öz ölkəsinə qayıdıb.
Pentaqon “Reuters”in sorğusuna cavab verməyib.
Mənbələr əlavə edib ki, Mülki-Hərbi Koordinasiya Mərkəzi humanitar yardım da daxil olmaqla funksiyalarını yerinə yetirə bilmir.
Qeyd edək ki, sözügedən qurum ötən ilin oktyabrında Qəzza Sülh Planının ilk mərhələsi çərçivəsində yaradılıb və HAMAS-İsrail atəşkəs rejiminə nəzarət etmək, eləcə də Qəzzaya humanitar yardımın daxil edilməsini asanlaşdırmaq funksiyası daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 30 Yanvar 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















