KİV: Aİ hava şarlarının sərhədi pozmasına görə Belarusa qarşı sanksiyaları razılaşdırıb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa İttifaqı ölkələrinin səfirləri bu gün Belarusdan Litvaya kütləvi daxil olan hava şarları (meteozondlar) ilə bağlı sanksiyaların genişləndirilməsi barədə razılığa gəliblər.
APA xəbər verir ki, bu barədə “Azadlıq radiosu”nun Avropa məsələləri üzrə redaktoru Rikard Cozvyak “X”də bildirib.
Cozvyak qeyd edib ki, səfirlər Belarusla bağlı sanksiyaların genişləndirilməsi barədə razılığa gəliblər və bu qərar gələn həftə xarici işlər nazirləri tərəfindən rəsmi olaraq təsdiqlənəcək.
Litvalı rəsmilərin sözlərinə görə, iyun ayından bəri Belarusdan Litvaya 315 hava şarı daxil olub, oktyabr ayında isə 71 hava məkanı pozuntusu ilə vəziyyət pik həddə çatıb.
Bildirilir ki, oktyabrdan dekabra qədər Litvanın iki ən böyük hava limanı – Vilnüs və Klaypeda aeroportları 15 dəfə fəaliyyətini dayandırmağa məcbur olub ki, bu da 320-dən çox reysə və 45 mindən çox sərnişinə təsir göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 10 Dekabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















