KİV: AMB Ukraynaya 140 milyard avroluq kreditə zəmanət verməkdən imtina edib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avropa Mərkəzi Bankı (AMB) Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya 140 milyard avro məbləğində kreditə zəmanət verməkdən imtina edib.
APA xəbər verir ki, bu barədə “Financial Times” qəzeti rəsmi şəxslərə istinadən məlumat yayıb.
Qəzetin bildirdiyinə görə, kreditin təminatı kimi Rusiyaya məxsus dondurulmuş aktivlərdən istifadə olunması planı AMB-nin mandatı ilə ziddiyyət təşkil edir.
Məlumata əsasən, Avropa Komissiyasının təklif etdiyi “təzminat krediti” mexanizmi çərçivəsində AMB-nin zəmanət verməsi nəzərdə tutulurdu. Lakin Bank bu sxemin hüquqi və institusional çərçivələrinə uyğun olmadığını müəyyən edərək, təşəbbüsü dəstəkləməyib.
Rəsmi şəxslər bildiriblər ki, AMB-nin mövqeyi Avropa İttifaqının Ukraynaya böyükhəcmli maliyyə dəstəyi planını çətinləşdirə bilər.
Baxış sayı:92
Bu xəbər 02 Dekabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















