KİV: Avropa ölkələri Trampın mövqeyinə uyğun olaraq Ukraynaya münasibətini dəyişir
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Vaşinqtonun avropalı müttəfiqləri Kiyevi dəstəkləməkdə öz yanaşmalarını dəyişir, onu Moskva ilə danışıqlar aparmaq istəyini ifadə edən ABŞ prezidenti Donald Trampın mövqeyinə uyğunlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "Politico" qəzeti yazıb.
Qeyd olunub ki, Trampın Ukraynadakı münaqişəyə son qoymaq niyyəti ilə bağlı bəyanatları ilə əlaqədar Avropa liderləri “sülh danışıqlarında aparıcı rol oynamaq” istəyini nümayiş etdirirlər.
Nəşrin fikrincə, yeni strategiya bu həftə fevralın 14-dən 16-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransında daha aydın şəkildə özünü göstərəcək. Qəzetin qiymətləndirməsinə görə, bu dəfəki tədbir Amerikanın əvvəlki lideri, demokrat Co Baydenin administrasiyasından fərqli şəkildə keçiriləcək. Əvvəlki konfransda ABŞ və müttəfiqləri Kiyevə lazım olan müddət ərzində dəstək verməyə hazır olduqlarını bildiriblər.
"Politico"nun mənbəsinin məlumatına görə, Ukrayna və ABŞ nümayəndələri konfransdan əvvəl uzunmüddətli təhlükəsizlik təminatlarını müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 12 Fevral 2025 08:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















