KİV: Bayden Trampın bəyənmədiyi şəxsləri əfv edə bilər
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ administrasiyasının rəhbəri Cozef Bayden, prezidentlik müddəti bitməmişdən əvvəl ölkənin yeni seçilmiş lideri Donald Trampın bəyənmədiyi şəxsləri qabaqcadan əfv edə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Washington Post” öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, yanvarın 20-də Trampın andiçmə mərasimi ərəfəsində Ağ Evin bir çox əməkdaşı əşyalarını toplasa belə, administrasiya Baydenin qalan müddətdə bir sıra əlavə icra sərəncamları imzalamasını gözləyir.
Xüsusilə, demokrat gender əsasında ayrı-seçkiliyə qarşı mübarizə tədbirləri görməyə ümid edir. Bayden həmçinin Tramp administrasiyasının bəyənmədiyi şəxsləri qabaqcadan əfv etməyi də nəzərdən keçirir.
Ötən ilin dekabrın əvvəlində Tramp NBC News-a deyib ki, o, rəqiblərinə qarşı qisas almayacaq. Onun fikrincə, qisas almağın ən yaxşı yolu ABŞ-nin uğurlu dövlət olmasını təmin etməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 17 Yanvar 2025 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















