Icma.az
close
up
RU
Kivanın qətlində təqsirləndirilən Əmirxanyanın əmlakına həbs qoyuldu

Kivanın qətlində təqsirləndirilən Əmirxanyanın əmlakına həbs qoyuldu

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məhkəmə icraçıları Ukrayna vətəndaşlığından çıxarılan və 2023-cü ilin dekabrında Moskva vilayətində Ali Radanın keçmiş deputatı İlya Kivanın qətlində əli olmaqda ittiham edilən iş adamı Arayik Əmirxanyanın əmlakına həbs qoyublar.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu, məhkəmə materiallarından aydın olub.

Məhkəmə icraçılarına Moskva vilayətinin Arbitraj Məhkəməsindən sənədlər daxil olub və bu sənədlər əsasında Əmirxanyan barəsində icra prosesi başlanıb ki, bu da onun əmlakına həbs qoyulmasını nəzərdə tutur.

Xatırladaq ki, daha əvvəl Moskva Vilayət Məhkəməsi qətllə bağlı iş adamını həbs etmişdi. Ukrayna vətəndaşlığından çıxarılan Əmirxanyan buna qədər artıq məhkəmə icraçısına rüşvət vermək ittihamı ilə Dmitrov Şəhər Məhkəməsinin qüvvəyə minmiş hökmü əsasında istintaq təcridxanasında saxlanılırdı. Müəyyən edilib ki, Əmirxanyan müflisləşmə prosesinin getdiyi və vergi orqanlarına təxminən 780 milyon rubl borcu olan özünün "Dorlider" şirkətinin bank hesablarından həbsin götürülməsi üçün rüşvət verib. Məhkəmə iş adamını altı il ümumi rejimli cəzaçəkmə müəssisəsində həbs cəzasına və rüşvətin 10 mislinə (1.5 milyon rubl) bərabər cərimə verməsinə məhkum edib. O, bu iş üzrə özünü təqsirli bilməyib. Hökmlərin məcmusuna əsasən, əgər Əmirxanyan qətl işi üzrə təqsirli bilinərsə, onu 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xatırladaq ki, 2023-cü il dekabrın 6-da naməlum şəxs Moskva yaxınlığındakı Suponevo kəndində gəzintisi zamanı Kivaya bir neçə atəş açıb. Sabiq deputat aldığı yaralardan yerindəcə dünyasını dəyişib. Qətllə bağlı cinayət işi açılıb (Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi). İlkin məlumatlara görə, qətl sifariş xarakteri daşıyıb və qətlin versiyaları kimi istintaq Ukrayna izini nəzərdən keçirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Sentyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see178

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see171

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri