“Kiyev bunu etməzsə, Ukraynaya yardımı dayandıracağıq” Tramp Kiyevə şərt qoyub
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Kiyev münaqişənin həllinə hazır olmadığını nümayiş etdirməsə, Vaşinqton administrasiyası Ukraynaya yardımı tamamilə dayandıracaq”.
“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə deyib.
O, Vaşinqtonun Kiyevə davamlı yardımı ilə bağlı sualı cavablandırarkən bildirib: “Əgər onlar (Ukrayna hakimiyyəti – Qeyd) nizamlanmanı istəməsələr, biz gedəcəyik. Çünki biz onların nizamlanma yolunu axtarmalarını istəyirik”.
Tramp deyib ki, Vaşinqton üçün “bütün kartlara” sahib olan Rusiyadansa, Ukrayna ilə qarşılıqlı əlaqə qurmaq daha çətindir: “Düşünürəm ki, biz Rusiya ilə yaxşı əlaqə saxlayırıq. Əllərində heç bir kart Ukrayna ilə məşğul olmaq mənim üçün daha çətindir. Yekun həll məsələsində Rusiya ilə qarşılıqlı əlaqə qurmaq daha asan ola bilər”.
ABŞ rəhbəri əlavə edib ki, ölkəsi münaqişə bitənə qədər Kiyevə hər hansı təhlükəsizlik zəmanəti vermək imkanını nəzərdən keçirmək niyyətində deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 07 Mart 2025 22:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















