Kiyev vilayətində qumbara partlaması nəticəsində 4 nəfər ölüb
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukraynanın Kiyev vilayətinin Brovar rayonunun Malaya Berezanka kəndində qumbara partlaması nəticəsində 4 nəfər ölüb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Kiyev vilayətinin polisi teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, hərbi hissəni icazəsiz tərk edən kişinin qumbaranı fərdi yaşayış evinin ərazisində partlatdığı ehtimal edilir.
"Detonasiya nəticəsində 4 nəfər: onun özü, 2 qadın və 17 yaşlı qız həlak olub", - məlumatda qeyd olunub.
Hadisə yerində patrul polisinin əməkdaşları, istintaq-əməliyyat qrupu və partlayıcı üzrə mütəxəssislər çalışır.
Polis hadisə yerində baxış keçirir, partlayıcı qurğunun növü və baş verənlərin bütün halları müəyyənləşdirilir.
Bu mövzuda digər xəbərlər:Kiyev vilayətində dron zərbəsi nəticəsində dörd nəfər ölüb
05 İyun 2026 13:01
Rusiya qüvvələrinin Kiyev vilayətində anbara hücumu nəticəsində üç nəfər ölüb
20 Oktyabr 2026 09:44
Moskva vilayətində qumbara partlayıb: bir nəfər ölüb
07 Yanvar 2026 23:07
Pakistanda məktəb avtobusunun partlaması nəticəsində 4 uşaq ölüb
21 May 2025 11:48
Baxış sayı:32
Bu xəbər 16 Noyabr 2026 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















