Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Ən çox qazanan televiziya aktyorları...

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

“Kiyevdə partlayış, Rusiyada yanğınlar: arxa cəbhə alov içində“ KİV lər

“Kiyevdə partlayış, Rusiyada yanğınlar: arxa cəbhə alov içində“ KİV lər

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Ukrayna dron hücumlarını intensivləşdirir, Rusiya enerji infrastrukturu zərbə altındadır..."

13 sentyabr gecəsi Kiyev vilayətində bir neçə güclü partlayış baş verib. Rəsmi məlumata görə, bu, hava hücumu ilə bağlı olmayıb, ərazidə düşmən təyyarələri və ya raketləri qeydə alınmayıb. Hadisə yerində fövqəladə xidmətlər işləyir, dəqiq səbəblər açıqlanmır.

Moderator.az xəbər verir ki, bu barədə "m24.ru" nəşri məlumat yayıb.

Kiyev yaxınlığında partlayışlar

Hadisə dəmir yolu infrastrukturuna təsir göstərib. Ukrayna Dəmir Yolları bəyan edib ki, Boyarka stansiyası yaxınlığında baş verən zədələnməyə görə bir sıra qatarların marşrutları dəyişdirilib. Zdolbunov-Kazatin-2 istiqaməti əvəzinə qatarlar Korosten üzərindən, Jmerinka-Fastov xətti əvəzinə isə Mironovka və Tripolye-Dneprovskoe üzərindən hərəkət edəcək. Artıq Kiyev-Helm qatarı dəyişdirilmiş marşrutla yola çıxıb, digər reyslər də uyğunlaşdırılıb.

Rusiyada dron hücumları və yanğınlar

Eyni gün Rusiyanın bir neçə strateji obyektinə dron zərbələri endirilib. Leninqrad vilayətində Ukrayna dronları Kirişi şəhərindəki "KİNEF" iri neft emalı zavoduna zərbə endirib. Qubernator Aleksandr Drozdenko üç dronun vurulduğunu desə də, onların qalıqları zavod ərazisində yanğına səbəb olub.

KİNEF Rusiyanın ən böyük neft emalı müəssisələrindən biridir və ildə 21 milyon ton xammal emal edir. Zavod ölkənin enerji sistemi üçün strateji əhəmiyyət daşıyır. Eyni zamanda, vilayətdə başqa bir fövqəladə hadisə də qeydə alınıb, yük qatarı relsdən çıxaraq qəzaya uğrayıb. Tədqiqatçılar bunun diversiya ola biləcəyini istisna etmir. Hadisə nəticəsində hərəkət dayanıb, ondan çox elektrik qatarı gecikib.

Başqırdıstan, Ufa: Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi dron-kamikadzelərlə "Başneft-Novoil" zavodunu vurub. Zavodun əsas avadanlıqlarından neftin ilkin emalı üçün vacib olan vakuum kolonuna ciddi ziyan dəydiyi bildirilir. Partlayışlardan sonra şəhərdə mobil internet kəsilib, "Ufa" hava limanı müvəqqəti bağlanıb.

Baltik dənizində strateji zərbə

Eyni gün Ukrayna Təhlükəsizlik Xidməti Baltik dənizi sahilində yerləşən Primorsk limanını hədəfə alıb. Bu liman Rusiyanın əsas "kölgə donanması" mərkəzidir -sanksiyaları aşmaq üçün neft tankerlərinin buradan yükləndiyi bilinir. Limanda və nasos stansiyasında yanğınlar başlayıb, neftin yüklənməsi dayandırılıb. İtkilər gün ərzində on milyonlarla dollarla ölçülə bilər.

Son günlər həm Ukraynada, həm də Rusiyanın dərinliklərində baş verən partlayışlar müharibənin yalnız cəbhədə deyil, arxa cəbhədə də daha kəskin mərhələyə daxil olduğunu göstərir. Ukrayna tərəfi Rusiyanın enerji infrastrukturunu hədəfə alır, Kreml isə diversiya versiyalarını araşdırır. Hər iki halda müharibə artıq sərhədləri aşaraq geniş geosiyasi və iqtisadi təsirlərə səbəb olur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Sentyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see383

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see312

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see292

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see291

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see285

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see282

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see266

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see265

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see260

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see255

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see249

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see248

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see239

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see237

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see231

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see225

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see203

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see200

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri