Icma.az
close
up
RU
Kiyevdə rus xalqı ilə bağlı yeni plan Zelenski üçün yeni təhdid

Kiyevdə rus xalqı ilə bağlı yeni plan Zelenski üçün yeni təhdid

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

TASS-ın Rusiyanın təhlükəsizlik orqanlarında adı açıqlanmayan mənbəyinə istinadən yaydığı məlumat diqqət çəkib. Ukrayna Silahlı Qüvvələrinin çox böyük itkilər verməsinə baxmayaraq, bir neçə döyüş qrupunu Sum vilayətindəki Yunakovkadan Kursk vilayətinin Oleşnya ətrafına köçürməyə çalışdığı bildirilir.

Mənbənin sözlərinə görə, Ukrayna ordusu rus qüvvələrinin Sum vilayətində irəliləməsinə, Yunakovka, Loknya və Belovodı qəsəbələrini işğal etməsinə mane olmağa cəhd göstərir.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, əslində, Ukrayna çoxdan Rusiya ərazisinə soxulmağa çalışır:

“Məsələn, Kursk istiqamətində Ukraynanın əməliyyatları da bu cəhdin tərkib hissəsi idi. Həmin əməliyyat bəlkə də hərbi baxımdan effektiv olmadı, amma istənilən halda nəticəsiz qalmadı. Ukraynanın Rusiya ərazisinə daxil olmasının əsas səbələrindən biri müharibə ağrısını rus xalqına da yaşatmaq və insanlarla iqtidarı üz-üzə qoymaqdır.

Beləliklə Kiyev, diqqəti yayındırıb işğal altındakı ərazilərdə hərəkətə keçə bilər”.


Kənan Novruzov

Ekspertin sözlərinə görə, Ukrayna mümkün ərazi mübadiləsinə hazırlaşır.

“Ümumiyyətlə bu addım gözlənilən idi. ABŞ-ın iştirakı ilə Rusiya və Ukrayna arasında danışıqlar perspektivinin güclənməsi Avropanın maraqlarına uyğun deyil, çünki müharibənin bitməsini istəmir.

Müharibə başa çatarsa, Rusiya xüsusilə regionda ona qonşu olan ölkələr üçün yeni təhdid yaradacaq. Heç rəsmi Kiyev də danışıqları istəmir. Savaş bitərsə, Ukrayna itirəcək. Bu isə Prezident Volodimir Zelenski hakimiyyətinin sonu deməkdir. Odur ki, Avropadan silah alan Ukrayna danışıqlar perspektivini azaldır, müharibəni genişləndirir. Proses davam edəcək”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Aprel 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri