Icma.az
close
up
RU
Kiyevdəki səfirliyimiz qəsdən vurulur ŞƏRH

Kiyevdəki səfirliyimiz qəsdən vurulur ŞƏRH

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın Ukraynaya yardımı Kremlə rahatlıq vermir

Məlum olduğu kimi ötən həftə Rusiyanın Kiyevə endirdiyi raket zərbəsi nəticəsində "İskəndər" tipli raketin qəlpələri Azərbaycanın Ukraynadakı səfirliyinin binasına düşüb. Raket diplomatik nümayəndəliyin ərazisinə düşərək böyük bir çat yaradıb və divarı qismən dağıdıb.

Hadisədən sonra Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və etiraz notası təqdim edilib. Xatırladaq ki, 2022-ci il 10 mart tarixində də Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun binası ciddi dağıntılara məruz qalmış, xidməti avtomobil yararsız hala düşmüşdü. Bununla yanaşı, 2024-cü il yanvarın 2-də Rusiya tərəfindən “Kinjal” raketi ilə həyata keçirilən hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasından təqribən 35 addım məsafədə diametri təxminən 3 metr olan krater yaranmışdı. 2025-ci il avqustun 28-də də Ukraynadakı səfirliyimizə yönəlik bənzər təxribat yaşanmışdı. Eyni zamanda, 8 və 18 avqust 2025-ci il tarixlərində Odessa vilayətində SOCAR şirkətinin neft bazasına dron hücumları edilmiş, işçilər xəsarət almış, infrastruktura böyük zərər vurulmuşdu. 

Rusiyanın qərəzli addımlarını Sherg.az-a təhlil edən politoloq Qulamhüseyn Əlibəyli deyib ki, Kiyevdəki səfirliyimizin yaxınlığına "İsgəndər" raketinin düşməsi və nəticədə səfirliyin binasının dağıntılara məruz qalması haqlı olaraq müəyyən şübhələrə səbəb olur. Ekspert vurğulayıb ki, son dövrlər adətən hərbi deyil, daha çox mülki obyektlər Rusiya tərəfinin raket zərbələrinə məruz qalır: "Rusiya hər dəfə mülki obyektlərə yox, guya hərbi obyektlərə raket zərbəsi endirdiyini israrla bildirsə də, bu, inandırıcı görünmür və faktiki vəziyyətə uyğun gəlmir. Kiyevdə və Ukraynanın digər şəhərlərində hərbi obyektlərin dəqiq dislokasiyasının Rusiyanın əlində olması şəksizdir. Azərbaycanın Ukraynadakı səfirliyinin binası hərbi obyekt deyil və səfirliyin yaxınlığında heç bir hərbi obyekt yerləşmir. Bu da səfirliyin ətrafının qəsdən nişan alınması təəssüratını yaradır. Bu təəssüratı gücləndirən bir neçə amil də mövcuddur. Azərbaycan səfirliyi artıq 2-ci dəfədir ki, Rusiyanın raket hücumlarından zərər çəkir. Bir müddət bundan əvvəl də Azərbaycanın Kiyevdəki səfirliyinin yaxınlığına raket düşmüş, səfirliyimizin binası zərər çəkmişdi. Müharibənin gedişində bu günə qədər Azərbaycandan başqa, heç bir dövlətin səfirliyi Rusiyanın raket hücumlarından zərər çəkməyib. Odessada Azərbaycan qazını nəql edən qaz kompressor stansiyasına və SOCAR-ın neft bazasına da zərbələr endirilmişdi".

Analitik hesab edir ki, ilk baxımdan təsadüfi görünən hadisələrin təkrarlanması həmin hərəkətlərin qəsdən törədilməsi ehtimalını daha da artırır: "Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmasa da, Ukraynanın ərazi bütövlüyünü tanıyır və Ukraynaya humanitar yardım edir. Görünür, bu, Rusiya hakimiyyətinin xoşuna gəlmir və ölkəmizi bu mövqedən çəkindirmək məqsədilə bu cür təzyiq vasitələrindən istifadə edir. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mövqeyini zəiflətmək də bu hücumların məqsədlərindən biri kimi nəzərdən keçirilə bilər. Çünki Rusiyanın özünün enerji sektoru ciddi böhran keçirir və faktiki çökmə ərəfəsindədir. Mülki infrastrukturları və diplomatik nümayəndəlikləri hədəf kimi seçməklə Rusiya insanlıq əleyhinə və hərbi xarakterli beynəlxalq cinayətlərini davam etdirir və Ukraynada düşdüyü bataqlığı daha da dərinləşdirir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Noyabr 2025 08:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri