Şəmsi Səmədzadə ÜZƏ ÇIXDI Yayılan videosundan danışdı
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İş adamı Şəmsi Səmədzadə sosial şəbəkələrdə yayılan görüntülərinə münasibət bildirib.
Avtosfer.az xəbər verir ki o, Musavat.com-a açıqlamasında yayılan kadrlardakı görüntülərin yeni olmadığını, 2022-ci ildə çəkildiyini bildirib.
İş adamı açıqlamasında onu da vurğulayıb ki, hazırda MDB ölkələrindən birində şəxsi biznesi ilə məşğuldur.
Şəmsi Əsədzadə əsasən süd məhsullarının satışı və istehsalını həyata keçirir.
Xatırladaq ki, sosial şəbəkələrdə yayılmış kadrlarda Şəmsi Səmədzadə açıq ərazidə, istehsalat və təsərrüfat tikililərinin yerləşdiyi məkanda ətrafındakı şəxslərlə söhbət edir və keçmişlə bağlı xatirələrini bölüşür.
Həmin videoda iş adamı tanıdığı insanlardan, o cümlədən 30 ilə yaxın müddətdə tanıdığı şəxslərdən və “Süleymanov” kimi xatırladığı tanışından danışır. O, həmçinin Azərbaycanda şərabçılıq sahəsinin tanınmış simalarından birini xatırlayaraq onun artıq dünyasını dəyişdiyini, lakin böyük mütəxəssis olduğunu qeyd edir.
Baxış sayı:88
Bu xəbər 27 Noyabr 2026 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















