Icma.az
close
up
RU
Kiyevin əvəzinə Belqorod Ölənlər var + VİDEO

Kiyevin əvəzinə Belqorod Ölənlər var + VİDEO

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir neçə gündür Rusiya paytaxt Kiyev başda olmaqla Ukraynaya qarşı dinc əhali arasında tələfatlara səbəb olan raket və PUA hücumları həyata keçirərkən, ötən gecə də Ukrayna Rusiya ərazisinə yüzlərlə PUA göndərib.

“AzPolitika” xəbər verir ki, sosial mediada bu hücumlara dair məlumat və görüntülər yayımlanıb.

Belqorod vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Şuvayevin sözlərinə görə, 9 avqust gecəsi Ukrayna Silahlı Qüvvələrinin dronları yenidən Rusiyanın sərhəd şəhəri olan Belqoroda hücum edib. O, Telegram-da yazıb: "Hücumlar nəticəsində iki uşaq da daxil olmaqla 13 nəfərin xəsarət aldığı barədə məlumat almışıq. İlkin məlumatlara görə, dörd yaşayış binası, bir inzibati bina, sosial və kommersiya obyektləri zərər görüb”.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hələlik hücumla bağlı şərh verməyib.

"Astra"nın məlumatına görə, Belqorod vilayəti üzrə FSB İdarəsinin bir şöbəsi şəhərdəki üç zədələnmiş yaşayış binasının arasında yerləşir. Ukrayna PUA-larının həmin idarəni hədəf aldığı güman edilir.

Bundan əlavə, "Astra"nın məlumatına görə, Ukrayna hücumundan zərər çəkmiş dördüncü bina Belqorod İstilik Elektrik Stansiyasından 600 metr aralıda yerləşir.

Rusiya monitorinq kanalları və yerli hakimiyyət orqanları Ukrayna dronlarının ötən gecə, həmçinin, Novorossiysk liman şəhərinə yenidən hücum etdiyini bildiriblər. Novorossiysk meri Andrey Kravçenko daha sonra sosial mediada Ukrayna dron hücumu zamanı iki müəssisənin və bir şəxsi evin ərazisinə "dron qalıqları" düşdüyünü bildirib.

Rusiya Müdafiə Nazirliyi səhər hesabatında bildirib ki, ötən gecə Rusiyanın 17 bölgəsi, ilhaq edilmiş Krım, eləcədə Qara və Azov dənizləri üzərində 153 Ukrayna dronu vurulub.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Avqust 2026 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri