Icma.az
close
up
RU
Kiyevlə Trampın komandası arasında ilk danışıqlar baş tutub

Kiyevlə Trampın komandası arasında ilk danışıqlar baş tutub

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna Tramp komandası ilə ilk danışıqlarda müharibəyə son qoymağa hazır olduğunu bəyan edib

Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Yermak Vaşinqtonda ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın komandası ilə ilk danışıqları aparıb. AYNA xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazıb.

Nəşrin məlumatına görə, Ukrayna nümayəndə heyəti ilə görüşdə ABŞ-ın gələcək vitse-prezidenti J.D.Vens, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uols və Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kelloq iştirak edib.

Bir gün əvvəl isə Yermak Floridada Trampın rəhbərliyi altında Ağ Ev adminstrasiyasına rəhbərlik edəcək Susie Uiles ilə görüşüb.

Danışıqların təfərrüatları açıqlanmayıb. Lakin WSJ mənbələrinə görə, Ukrayna tərəfi Tramp komandası ilə münasibətləri yaxşılaşdırmaq və Rusiya ilə müharibədə sülh bağlamağa hazır olduğunu nümayiş etdirmək niyyətində olub.

“Ancaq bu, davamlı bir sülh olmalıdır. Qeyri-sabit, müvəqqəti sülh nə ABŞ-ın, nə də Ukraynanın maraqlarına xidmət edir”, - nəşrin həmsöhbəti deyib, amma sülhün hansı həll ssenarisi əsasında mümkün olacağını açıqlamayıb.

Əvvəllər sülh danışıqlarına başlamaq üçün 1991-ci il sərhədlərinə qayıtmaqda israr edən Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın sonunda Kiyevin işğal olunan əraziləri diplomatik yollarla qaytara biləcəyini bəyan edib.

“Lakin bu halda atəşkəs üçün Ukrayna NATO-ya dəvət almalıdır”, deyə Zelenski vurğulayıb.

Bundan sonra Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, Ukraynada sülhün yeganə təminatı ölkənin NATO-ya üzvlüyü ola bilər. Nazirlik hər hansı digər təhlükəsizlik zəmanətlərini rədd edərək onları “surroqat” adlandırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://ayna.az
archiveBu xəbər 05 Dekabr 2024 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri