Icma.az
close
up
RU
Kızılcık Şerbeti nin Fatihi göz yaşları içində setlə vidalaşdı FOTO

Kızılcık Şerbeti nin Fatihi göz yaşları içində setlə vidalaşdı FOTO

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Kızılcık Şerbeti" serialında "Fatih Ünal" xarakterinə həyat verən Doğukan Güngör narkotik maddə testinin müsbət çıxmasından sonra layihədən kənarlaşdırılıb. Kanalın qərarı ilə çəkilmiş kadrları silinən və tanıtım çarxlarından çıxarılan aktyor üçün setdə vida mərasimi təşkil olunub.

Milli.Az xəbər verir ki, ötən həftə məşhur simalara qarşı keçirilən narkotik əməliyyatı çərçivəsində saxlanılan Doğukan Güngörün qan və saç nümunələrində qadağan olunmuş maddələr (kokain və marixuana) aşkar edilib. Bu xəbərdən sonra "Show TV" rəhbərliyi aktyorla müqaviləni dərhal ləğv edib. Onun çəkildiyi hazır bölümlər zibil qutusuna atılıb, afişalardan isə şəkli silinib.

Bu gün set heyəti Doğukan Güngör üçün vida tədbiri keçirib. Serialın çəkildiyi evə dəvət edilən aktyor həmkarlarının alqışları qarşısında duyğularını cilovlaya bilməyib və göz yaşlarına boğulub.

"Bu evdə 3 il yarımım keçib, ruhumla yaşadığım gözəl səhnələrim olub. Aktyor və Doğukan olaraq bu, yəqin ki, ən çətin səhnəmdir... Hazırda hiss etdiyim bu dağıntı altından aktyorluğa olan eşqim və özümə inamımla çıxacağıma əmin ola bilərsiniz." - deyə Güngör qeyd edib.

Serialda onun atası "Abdullah bəy" obrazını canlandıran ustad sənətkar Ahmet Mümtaz Taylan aktyoru qucaqlayaraq ona dəstək olub. "Doğukan, sən deməyə söz buraxmadın, amma biz sənə inanırıq və səni çox sevirik. Gələcəkdə yenidən birlikdə işləyəcəyimizə əminik. Gənc adamın başına hər iş gələ bilər." deyə bildirib.

Məlumata görə, "Fatih Ünal" obrazı hekayədən çıxarılmayacaq. Bu rolu canlandırmaq üçün artıq aktyor Emre Dinler ilə razılıq əldə olunub.
Lalə Qüdrətova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 Yanvar 2026 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see341

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see277

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see231

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see210

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see194

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see189

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see170

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see168

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see155

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see155

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see145

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri