Klassik musiqi axşamı “Gəncliyin sədası”
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Uşaq Filarmoniyasıda “Gəncliyin sədası” adlı konsert proqramı təşkil olunub.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsertdə gənc ifaçılar İnci Həsənli (fortepiano), Surə Rüfət (violin), Cəlalə İsmayılzadənin (violonçel) ifasında tanınmış Azərbaycan eləcə də avropa bəstəkarlarının əsərləri səslənib.
Dövlət Uşaq Filarmoniyasının solistləri olan gənc ifaçıların ifa etdiyi əsərlərin hər biri virtuoz ifa bacarığı və dərin emosional duyğuları ifadəsini tələb edən mürəkkəb musiqi nümunələri idi. Yaşlarının gənc olmasına baxmayaraq iştirakçılar bu mürəkkəb əsərləri böyük peşəkarlıqla səsləndirərək tamaşaçıların rəğbətini qazandılar.
Azərbaycan Dövlət Uşaq Filarmoniyası istedadlı uşaqlara klassik musiqi dünyasında öz bacarıqlarını nümayiş etdirmək və inkişaf etdirmək üçün yeni imkanlar yaratmağa davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 20 Oktyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















