Icma.az
close
up
RU
Klub prezidenti iki sayt rəhbərini məhkəməyə verdi AFFA və PFLdən iddia ərizəsinə reaksiyalar

Klub prezidenti iki sayt rəhbərini məhkəməyə verdi AFFA və PFLdən iddia ərizəsinə reaksiyalar

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyev matc.az və sports.az saytlarının rəhbərləri İxtiyar Əsgərov və Anar Şabanoğludan məhkəməyə şikayət edib.

Mia.az-ın matc.az-a istinadla məlumatına görə,  Nərimanov Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayətdə qeyd olunub ki, “Sumqayıt” Futbol Klubu Riad Rəfiyevin rəhbərlik etdiyi dövrdə Çempionlar Liqasına yüksəlib.

Bununla bağlı, matç.az-ın Azərbaycan Futbol Federasiyaları AssosiasiyasıPeşəkar Futbol Liqasına ünvanladığı sorğuya ölkə futboluna rəhbərlik edən qurumlar cavab verib. Hər iki təşkilatdan bildirilib ki, “Sumqayıt” FK heç vaxt Çempionlar Liqasında iştirak etməyib.

Həmin cavablarda deyilir: 

AFFA: "Sorğunuza cavab olaraq bildiririk ki, “Sumqayıt" Futbol Klubu ölkəmizi Çempionlar Liqasında təmsil etməyib. "Sumqayıt" Futbol Klubu 2020-21 mövsümündə Avropa Liqası, 2021-22 və 2023-24 mövsümlərində isə Konfrans Liqasında mübarizə aparıb.

PFL: “Sorğunuza cavab olaraq bildiririk ki, “Sumqayıt” Futbol Klubu Azərbaycanı 2020-21 mövsümündə Avropa Liqası, 2021-22 və 2023-24 mövsümlərində isə Konfrans Liqasında təmsil edib. Klub Çempionlar Liqasında iştirak etməyib”.

Qeyd edək ki, Çempionlar Liqasında ölkəmizi yalnız Azərbaycan çempionu olmuş komanda təmsil edə bilər. “Sumqayıt” isə Riad Rəfiyevin dövründə nəinki Azərbaycan çempionu olub, heç ikinci yeri də tutmayıb.

Beləliklə, ölkə futboluna rəhbərlik edən qurumların rəsmi cavablarından da aydın olur ki, Riad Rəfiyev məhkəməyə yalan məlumat verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://mia.az
archiveBu xəbər 05 Dekabr 2024 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri