Icma.az
close
up
RU
Klub prezidenti jurnalistləri məhkəməyə verdi

Klub prezidenti jurnalistləri məhkəməyə verdi

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyev jurnalistlər Anar Şabanoğlu və İxtiyar Əsgərovu məhkəməyə verib. 

Gununsesi.infoxəbər verir ki, klub rəsmisi media nümayəndələrinin onun təhqir etdiyini iddia edib.

R.Rəfiyev şikayətində jurnalistlərin yazılarında onun şərəf və ləyaqətinə xələl gətirən ifadələr yer aldığını bildirib.

Məsələ ilə bağlı klubla əlaqə saxladıq. “Sumqayıt”dan verilən açıqlamada deyilib ki, tərəflər arasında problem klubun qarşı tərəfin reklam əməkdaşlığı təklifinə “yox” cavabı verməsindən sonra başlayıb: “Sonrasında isə həmin jurnalistlər tərəfindən klub Prezidenti Riad Rəfiyev barəsində mütəmadi olaraq yalan, şər-böhtan xarakterli məlumatlar yazılır və tirajlanır.

Riad Rəfiyevin şəxsi və işgüzar nüfuzuna, şərəf və ləyaqətinə, “Sumqayıt” klubunun peşəkar fəaliyyətinə zərər vermək məqsədilə mütəmadi olaraq yazılan şər-böhtan xarakterli məlumatlar hüquq-mühafizə orqanlarına təqdim edilib. Bundan sonra iş müvafiq orqanların nəzarətindədir. Əminik ki, hüquq-mühafizə orqanları işə ədalətli və düzgün qiymət verəcəklər”.

Jurnalist Anar Şabanoğlu isə iddiaları təkzib edib: “Tamamilə yalan və böhtanla dolu bir açıqlamadır. Biz bununla bağlı vəkillə məsləhətləşib əks-iddia qaldıracağıq. “Sumqayıt” Futbol Klubuna nə İxtiyar Əsgərov, nə mən müraciət etmişik. Əksinə, Riad Rəfiyev İxtiyar Əsgərova müraciət edərək ona klubun mətbuat katibi olmağı təklif edib. Amma İxtiyar müəllim bu təklifdən imtina edib. Daha sonra Rəfiyev tənqid etməməsi üçün ona rüşvət təklif edib. İxtiyar Əsgərov təbii ki, bu təklifdən də imtina edib və Riad Rəfiyevə sərt cavab verib. Bütün bu materiallar durur. Rəfiyev heç bir əsas olmadan bizi şikayət edib. Bizə böhtan atır. Riad Rəfiyevin söz azadlığını boğmağa çalışması, jurnalistlərdən hüquq-mühafizə orqanlarına şikayət etməsinin məqsədi nədir bilmirəm”.

İxtiyar Əsgərov isə məsələyə belə aydınlıq gətirib: “Başqa bir sayta istinad edib xəbər qoymuşdum. Qarşı tərəf iddia elədi ki, dəqiqləşdirilməmiş informasiya yazmışam. Şərəf və ləyaqətini alçaltdığımı düşündüyü söz isə “yarıtmaz fəaliyyət” ifadəsidir. Guya bu ifadə şərəf və ləyaqətə xələl gətirib. Başqa bir vaxtda da xəbər yazmışdım. Həmin xəbərin başlığı belə idi ki, “Turan” “Sumqayıt”a uduzdurulacaq?” Qarşı tərəf sual işarəsi ilə verilmiş başlığı da özünə təhqir sayaraq məhkəməyə müraciət edib”.

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Noyabr 2024 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri