Icma.az
close
up
RU
PFLdən Qusarın müraciətinə münasibət

PFLdən Qusarın müraciətinə münasibət

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən gün "Qusar"ın vitse-prezidenti Kamran Əlibabayev Sport24.az-a açıqlamasında "Şahdağ Qusar"la matça çıxmamaqlarının səbəbini söyləmişdi. Funksioner əksər futbolçularının Minifutbol Liqasında mübarizə aparan "Birbaşa Bakı"nın heyətində çempionat oyununa çıxdığından Qusar derbisində iştirak edə bilmədiklərini vurğulamaqla yanaşı, PFL-in oyunu təxirə salmadığını da bildirmişdi. 

Məsələ ilə bağlı PFL mövqeyini açıqlayıb:

"Əlbəttə ki, bütün liqalarda oyunların davamlı şəkildə və tam say tərkibində keçirilməsi bizim üçün vacib məsələlərdən biridir. Bununla yanaşı, biz yarışların hansısa müraciətlər və ya istəklər əsasında deyil, yarışın mövsümdən öncə təsdiqlənmiş Əsasnaməsi əsasında keçiririk

"Qusar" Klubu ilə Peşəkar Futbol Liqası arasında münasibətlər digər klublarla olduğu kimidir. Müvafiq çatışmazlıqlar və çox sayda təkrarlanan gecikmə, sənədlərin vaxtında təqdim olunmaması və bu kimi digər neqativ hallara baxmayaraq, biz hər zaman dəstəyimizi nümayiş etdirmişik. Onlarla olan son danışıqlarımızın isə xronoloji ardıcıllığı belədir:

II Liqa 13-cü turun açıqlanma vaxtı – 10 dekabr (qrupa atılıb, imeyl yazılıb və sayta yerləşdirilib)
PFL-in rəsmi imeyl ünvanına "Qusar" FK-nın rəsmi müraciəti – 13 dekabr (cümə günü, gecə 22:11, yəni qeyri-iş günü və saatı)
PFL-in cavabı - 16 Dekabr (II Liqa Əsasnaməsinin 3-cü maddəsinin 11-ci bəndində qeyd olunduğu kimi, açıqlanmış təqvimin dəyişdirilməsi ilə bağlı müraciətlərə baxılmır. PFL cavab rəsmi cavab göndərib).

PFL-in rəsmi imeyl ünvanına "Qusar" FK-nın 2-ci müraciəti - 17 dekabr (məktubu təsdiq edən imza və möhür olmayıb). PFL-in cavabı, eyni gündə və eyni tərkibdə).

Yekunda bildirmək istəyirik ki, II Liqa Əsasnaməsinin 3-cü maddəsinin 11-ci bəndində qeyd olunduğu kimi, açıqlanmış təqvim oyununun təxirə salınması ilə bağlı müraciətlərə baxılmır. Futbolçuların II Liqa yarışında deyil, bu və digər liqada oyuna çıxmasına məhz kütləvilik və digər məqamlar nəzərə alınaraq PFL tərəfindən icazə verilib, amma bütün bunlar PFL-in təqviminə bu və ya digər müdaxilə ilə nəticələnə bilməz. Məlumat üçün bildirək ki, təqvim açıqlanmamış klubların bu və digər müraciətləri PFL tərəfindən incələnib və mümkün dəstək göstərilib".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://sport24.az
archiveBu xəbər 20 Dekabr 2024 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see471

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see457

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see382

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see228

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see224

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see215

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see208

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see207

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see190

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see188

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see182

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see182

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see181

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see179

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see178

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see174

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see173

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see172

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see168

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri