Icma.az
close
up
RU
Klublarımızın sifariş verdiyi stadionlar bilindi Siyahı

Klublarımızın sifariş verdiyi stadionlar bilindi Siyahı

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasında 2026/27 mövsümünün startına təxminən üç həftə vaxt qalır. Bununla belə, hələ də stadion problemini həll edə bilməyən klublar var. Konkret, "Araz-Naxçıvan"ın ev oyunlarını hansı arenada keçirəcəyi bilinmir. Halbuki Peşəkar Futbol Liqası əvvəlki illərdə klublardan əsas ilə yanaşı, xidmətindən yararlanacağı ehtiyat stadionun adını da göstərməyi tələb edirdi. Üstəlik, stadionların bəzilərində işıqlandırma yoxdur. Doğrudur, qurum növbəti mövsümdən tətbiq olunacaq yeni qayda ilə vəziyyətə nəzarət etməyə çalışır. Belə ki, süni işıqlandırma sistemi olmayan stadionlarda mövsümün birinci dövrəsində ev oyunlarının keçirilməsinə icazə verilməyəcək. Bu, komandaların mövsüm ərzində keçirəcəyi ev və səfər oyunlarının sayına təsir göstərməyəcək. Yaranacaq balanssızlıq ikinci dövrədən etibarən kompensasiya olunacaq. 

Fanat.Az klubların çempionat üçün hansı stadionları sifariş etdiyini öyrənməyə çalışıb. 

PFL-in texniki-idman direktoru Elgiz Abbasov bu barədə sorğumuzu belə cavablandırıb: 

"Əvvəlcə qeyd edim ki, kimin imkanı varsa, ikinci stadionu bəribaşdan sifariş edir. Bir stadion göstərən klub çempionatın gedişində problemlə üzləşdikdə, ölkə ərazisində olan hansısa arenanın xidmətindən yararlana bilər. Təbii ki, tələblərimizə cavab verirsə.  
İndiki məqamda "Qarabağ", "Sabah" və "Sumqayıt" iki stadion göstərib. Beləliklə, Premyer Liqa komandaları ev oyunları üçün bu stadionları göstəriblər:

"Sabah" - Masazırdakı "Bank Respublika Arena" və Mərdəkandakı "Liv Bona Dea Arena";

"Qarabağ" - Tofiq Bəhramov adına Respublika Stadionu və "Azərsun Arena";

"Turan Tovuz" - Tovuz şəhər stadionu;  

"Neftçi" - "Palms Sports Arena"; 

"Zirə" - Zirə İdman Kompleksinin stadionu;

"Sumqayıt" - Mehdi Hüseynzadə adına şəhər stadionu və "SOCAR Polymer Arena"

"Şamaxı" - Şamaxı şəhər stadionu; 

"İmişli" - Yevlax şəhər stadionu; 

"Kəpəz" - Gəncə şəhər stadionu

"Qəbələ" - Qəbələ şəhər stadionu;

"Araz-Naxçıvan" - dəqiqləşməyib. Klub rəhbərliyi ilə təmasdayıq, ev oyunları üçün stadion axtarışlarını davam etdirirlər. Yəqin ki, məsələyə tezliklə aydınlıq gələcək".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümü 14 avqustda başlayacaq.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://fanat.az
archiveBu xəbər 21 İyul 2026 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri