Klublarımızın toplam dəyəri Yamaldan ucuzdur MÜQAYİSƏ
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Premyer Liqasında çıxış edən klubların heyətlərinin ümumi bazar dəyəri açıqlanıb.
Modern.az “Transfermarkt”ın məlumatlarına əsasən xəbər verir ki, “Qarabağ” 25,08 milyon avro ilə Azərbaycan klubları arasında ən bahalı heyətə sahibdir. Ağdam təmsilçisini “Sabah” 19 milyon avro, “Neftçi” isə 14,15 milyon avro ilə izləyir.
Klubların heyət dəyərləri belədir:
Qarabağ – 25,08 milyon avro
Sabah – 19 milyon avro
Neftçi – 14,15 milyon avro
Zirə – 12,58 milyon avro
Turan Tovuz – 11 milyon avro
Sumqayıt – 8,65 milyon avro
İmişli – 6,08 milyon avro
Araz-Naxçıvan – 5,83 milyon avro
Kəpəz – 5,75 milyon avro
Qəbələ – 4,68 milyon avro
Şəfa – 4,20 milyon avro
Şamaxı – 3,90 milyon avro
Beləliklə, siyahıda “Qarabağ” ilk, “Şamaxı” isə sonuncu pillədə qərarlaşıb. İki klub arasındakı bazar dəyəri fərqi 21,18 milyon avro təşkil edir.
Maraqlıdır ki, rəqəmlərə görə klubların ümumi dəyəri 120,9 milyon avro edir. "Barselona" futbol klubunun hücumçusu Lamin Yamalın aktual bazar dəyəri isə 220 milyon avrodur. Beləliklə, 19 yaşlı futbolçunun dəyəri bütün Azərbaycan Premyer Liqasının klublarının toplam dəyərindən çoxdur.
Nicat Rüstəm
Baxış sayı:156
Bu xəbər 12 Sentyabr 2026 08:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















