Icma.az
close
up
RU
Koalisiya narahatdır: Bu, insan alveri və istismar riskini artırır

Koalisiya narahatdır: Bu, insan alveri və istismar riskini artırır

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası sosial platformalarda geniş müzakirə edilən məsələ — tibbi sığortasız şəxslərin, xüsusilə qeydiyyatsız və qeyri-formal əmək şəraitində çalışan insanların 2026-cı ildən etibarən tibbi xidmətlərdən bəhrələnməsində mümkün məhdudiyyətlərin yaranması ilə bağlı dərin narahatlığını ifadə edir. 

Koalisiyadan ​​​​​​"Cebheinfo.az"-a verilən məlumatda deyilir ki, tibbi sığortadan kənarda qalmaq təkcə sosial müdafiə çatışmazlığı deyil, həm də insan alveri, məcburi əmək və istismar riskini artıran ciddi sosial amildir. Bu tendensiya əsas insan hüquqları prinsipləri və dövlətin beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil edir.

Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsi hər kəsin sağlamlığını qorumaq hüququnu təmin etsə də, mövcud qərar və mexanizmlər nəticəsində həssas qruplar — işsiz qadınlar, qeyri-formal sektorda çalışan şəxslər və qeydiyyatsız analar — bu hüquqdan faktiki olaraq məhrum qala bilər.

Bu vəziyyət “İcbari Tibbi Sığorta haqqında” Qanunun 2-ci maddəsi və “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 13 və 15-ci maddələrinin tələbləri ilə ziddiyyət təşkil edir.

Bundan əlavə, Nazirlər Kabinetinin 131 nömrəli Qərarı (2017) insan alveri qurbanlarının tibbi və sosial reabilitasiyasını dövlət təminatında nəzərdə tutur. Lakin tibbi sığortanın əhatə dairəsinin daralması həmin qərarın effektiv icrasına mane ola bilər.

Bu vəziyyət eyni zamanda Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərin tələbləri ilə də ziddiyyət təşkil edir, o cümlədən:

BMT-nin İnsan Alverinə qarşı Palermo Protokolu – sosial və iqtisadi kövrəkliyin insan alverinə gətirib çıxaran amil olduğunu təsbit edir; BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Paktı (maddə 12) – hər kəsin mümkün olan ən yüksək sağlamlıq səviyyəsinə çıxış hüququnu tanıyır; Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiya (CEDAW) – qadınların tibbi və sosial xidmətlərə bərabər çıxışını təmin etməyi dövlətin borcu kimi müəyyən edir; Avropa Şurasının İnsan Alverinə qarşı Mübarizə haqqında Konvensiyası (2005) – insan alveri qurbanlarının tibbi, psixoloji və sosial reabilitasiyasının dövlət tərəfindən təmin olunmasını tələb edir.

Koalisiya xüsusilə vurğulayır ki, tibbi sığortadan kənarda qalan həssas qruplar arasında ev şəraitində doğuşların, sənədsiz uşaqların və qeydiyyatsız əmək fəaliyyətinin artması artıq real sosial təhlükəyə çevrilə bilər. Bu hallar gələcəkdə insan alveri, uşaq istismarı və reproduktiv istismar (o cümlədən qanunsuz surroqat analıq və orqan transplantasiyası kimi türkəçarə fəaliyyətlərin) artmasına münbit zəmin yarada bilər.

Bu risklər təkcə sosial-iqtisadi deyil, həm də ictimai təhlükəsizlik və insan hüquqları baxımından ciddi təhdidlər doğurur.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası aidiyyəti dövlət qurumlarını, sosial ədalət prinsipi əsasında tibbi sığorta mexanizmlərini genişləndirməyə, xüsusilə qadınların və uşaqların sağlamlıq hüququnun təmin olunmasına və potensial istismarın qarşısının alınmasına yönəlik təcili tədbirlər görməyə çağırır.

​​​​​​"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri