Icma.az
close
up
RU
Tibbi sığortasız şəxslərin vəziyyəti insan alveri və istismar riskini artırır

Tibbi sığortasız şəxslərin vəziyyəti insan alveri və istismar riskini artırır

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası sosial platformalarda geniş müzakirə edilən məsələ — tibbi sığortasız şəxslərin, xüsusilə qeydiyyatsız və qeyri-formal əmək şəraitində çalışan insanların 2026-cı ildən etibarən tibbi xidmətlərdən bəhrələnməsində mümkün məhdudiyyətlərin yaranması ilə bağlı dərin narahatlığını ifadə edir.
Sitat.info xəbər verir ki, Koalisiyanın mövqeyinə görə, tibbi sığortadan kənarda qalmaq təkcə sosial müdafiə çatışmazlığı deyil, həm də insan alveri, məcburi əmək və istismar riskini artıran ciddi sosial amildir. Bu tendensiya əsas insan hüquqları prinsipləri və dövlətin beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil edir.
Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsi hər kəsin sağlamlığını qorumaq hüququnu təmin etsə də, mövcud qərar və mexanizmlər nəticəsində həssas qruplar — işsiz qadınlar, qeyri-formal sektorda çalışan şəxslər və qeydiyyatsız analar — bu hüquqdan faktiki olaraq məhrum qala bilər.
Bu vəziyyət “İcbari Tibbi Sığorta haqqında” Qanunun 2-ci maddəsi və “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 13 və 15-ci maddələrinin tələbləri ilə ziddiyyət təşkil edir.
Bundan əlavə, Nazirlər Kabinetinin 131 nömrəli Qərarı (2017) insan alveri qurbanlarının tibbi və sosial reabilitasiyasını dövlət təminatında nəzərdə tutur. Lakin tibbi sığortanın əhatə dairəsinin daralması həmin qərarın effektiv icrasına mane ola bilər.
Bu vəziyyət eyni zamanda Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərin tələbləri ilə də ziddiyyət təşkil edir, o cümlədən:
•    BMT-nin İnsan Alverinə qarşı Palermo Protokolu – sosial və iqtisadi kövrəkliyin insan alverinə gətirib çıxaran amil olduğunu təsbit edir;
•    BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Paktı (maddə 12) – hər kəsin mümkün olan ən yüksək sağlamlıq səviyyəsinə çıxış hüququnu tanıyır;
•    Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiya (CEDAW) – qadınların tibbi və sosial xidmətlərə bərabər çıxışını təmin etməyi dövlətin borcu kimi müəyyən edir;
•    Avropa Şurasının İnsan Alverinə qarşı Mübarizə haqqında Konvensiyası (2005) – insan alveri qurbanlarının tibbi, psixoloji və sosial reabilitasiyasının dövlət tərəfindən təmin olunmasını tələb edir.
Koalisiya xüsusilə vurğulayır ki, tibbi sığortadan kənarda qalan həssas qruplar arasında ev şəraitində doğuşların, sənədsiz uşaqların və qeydiyyatsız əmək fəaliyyətinin artması artıq real sosial təhlükəyə çevrilə bilər. Bu hallar gələcəkdə insan alveri, uşaq istismarı və reproduktiv istismar (o cümlədən qanunsuz surroqat analıq və orqan transplantasiyası kimi türkəçarə fəaliyyətlərin) artmasına münbit zəmin yarada bilər.
Bu risklər təkcə sosial-iqtisadi deyil, həm də ictimai təhlükəsizlik və insan hüquqları baxımından ciddi təhdidlər doğurur.
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası aidiyyəti dövlət qurumlarını, sosial ədalət prinsipi əsasında tibbi sığorta mexanizmlərini genişləndirməyə, xüsusilə qadınların və uşaqların sağlamlıq hüququnun təmin olunmasına və potensial istismarın qarşısının alınmasına yönəlik təcili tədbirlər görməyə çağırır.

Sitat.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://sitat.info
archiveBu xəbər 27 Oktyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri