Kobaxidze ABŞ və Britaniyanın sanksiya tətbiq etdiyi DİN rəhbərini özünə müavin təyin edib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze daxili işlər naziri Vaxtanq Qomelaurini özünə müavin təyin edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı hökumət administrasiyası yayıb.
İrakli Kobaxidze bu gün müvafiq sərəncamı imzalayıb.
Hökumət administrasiyasının məlumatına görə, bu gündən Gürcüstan hökumətinin tərkibində Baş nazirin 3 müavini olacaq. Baş nazirin birinci müavini səlahiyyətlərini iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili həyata keçirir. Baş nazirin digər müavini isə müdafiə naziri İrakli Çikovanidir.
Qeyd edək ki, ABŞ və Böyük Britaniya Tbilisidə keçirilən aksiyalara polisin müdaxiləsi ilə əlaqədar ötən gün Vaxtanq Qomelauriyə sanksiya tətbiq edib.
Bu mövzuda digər xəbərlər:Kobaxidze həmin naziri özünə müavin təyin etdi
20 Dekabr 2024 11:54
ABŞ və Britaniyanın sanksiya tətbiq etdiyi Gürcüstan DİN əməkdaşlarına “Şərəf” ordeni veriləcək
20 Dekabr 2024 15:37
Sanksiya tətbiq edilən şəxsi özünə müavin təyin etdi
20 Dekabr 2024 12:15
Kobaxidze Britaniyanın acınacaqlı vəziyyətini diqqətə çatdırıb
12 Aprel 2025 07:57
Tokayev özünə yeni müavin təyin edib
19 Sentyabr 2025 21:12
Baxış sayı:74
Bu xəbər 20 Dekabr 2024 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















