Icma.az
close
up
RU
Kobaxidze Ermənistana görə qəzəbləndi: Rusiya ilə bağlı yeni çağırış

Kobaxidze Ermənistana görə qəzəbləndi: Rusiya ilə bağlı yeni çağırış

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqını (Aİ) ikili standartlarda ittiham edib. Onun sözlərinə görə, Aİ Gürcüstandan Rusiyaya qarşı sanksiyalara qoşulmağı açıq şəkildə tələb edir, lakin eyni tələblər Moldova və Ermənistana irəli sürülmür.

Kobaxidze belə bir yanaşmanı ədalətsiz adlandırıb.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, əslində bu, siyasətdə ilk belə hal deyil:

“Adətən böyük güclər təzyiq imkanlarının nisbətən geniş olduğu və təsir mexanizmlərini rahat işə sala bildikləri aktorlarla daha sərt danışırlar. Digər tərəfdən, bəzi ölkələrdən müəyyən gözləntilər var və bunlar reallaşana qədər açıq təzyiqdən qaçılır.

Avropa İttifaqının Moldova və Ermənistana yanaşması praqmatik şəkildə izah oluna bilər. Həm Kişinyov, həm də İrəvan son illər Brüsselə münasibətdə daha loyal mövqe nümayiş etdirir, Avropa strukturları ilə inteqrasiyanı strateji prioritet kimi təqdim edirlər. Bu isə Aİ üçün həmin ölkələri “itirməmək” baxımından daha ehtiyatlı davranmağı şərtləndirir. Gürcüstan isə fərqli mövqe tutur: rəsmi Tbilisi Avroatlantik kursdan tam imtina etməsə də, eyni zamanda Rusiya ilə münasibətləri kəskin şəkildə korlamaq da istəmir və balans siyasəti aparmağa çalışır.


Kənan Novruzov

Məhz bu “nala-mıxa vurmaq” siyasəti Avropa İttifaqında narahatlıq doğurur. Brüssel Gürcüstanı artıq öz təsir dairəsində gördüyü üçün ondan daha konkret və qəti addımlar gözləyir. Bu baxımdan sanksiyalar məsələsində təzyiqin məhz Gürcüstan üzərinə fokuslanması Aİ-nin ikili standartlarından çox, strateji hesablamalarının nəticəsi kimi də dəyərləndirilə bilər.

Beləliklə, Kobaxidzenin səsləndirdiyi iradlar emosional baxımdan anlaşılan olsa da, geosiyasi reallıqlar fonunda Avropa İttifaqının davranışı klassik “kiminlə nə qədər sərt danışmaq olar” yanaşmasının davamıdır. Bu isə beynəlxalq münasibətlərdə ədalət prinsipinin çox zaman siyasi maraqların kölgəsində qaldığını göstərir”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see308

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see170

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri