Kobaxidze Qaribaşvili ilə bağlı baş verənlərdən təəssüflənir
Icma.az bildirir, Apa.az portalına istinadən.
“Baş verənlər böyük təəssüf doğurur. Bu mövzu ilə bağlı əlavə şərh vermək istəmirəm”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərin keçmiş hökumət başçısı İrakli Qaribaşvilinin dindirilməsi ilə bağlı sualına cavabında deyib.
O, Baş nazir vəzifəsində çalışmağa başladığı tarixdən - 2024-cü ilin fevralın 8-dən hökumətin şəffaf fəaliyyət göstərdiyini qeyd edib.
Kobaxdize məsələ ilə bağlı hər hansı şərh vermək fikrində olmadığını bildirib və jurnalistləri suallarını aidiyyəti qurumlara ünvanlamağa çağırıb.
Qeyd edək ki, Qaribaşvili ötən gün Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirilib. O, illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib.
Baxış sayı:80
Bu xəbər 23 Oktyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















