Icma.az
close
up
RU
KOBİA nın yaranmasından 8 il ötür

KOBİA nın yaranmasından 8 il ötür

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mikro, kiçik və orta biznesə (KOB) ünvanlı dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış qurumun - Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətə başlamasından 8 il ötür. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmış Agentlik dövlət başçısının rəhbərliyi ilə sahibkarlığın, xüsusilə KOB sektorunun inkişafına göstərilən ardıcıl və sistemli dövlət dəstəyinin mühüm göstəricilərindən olmaqla ötən 8 ildə KOB sektorunun inkişafında institusional dayağa çevrilib.

Ötən 8 ildə KOB-lara göstərilən dəstək və xidmətlərin daha əlçatan olması məqsədilə Bakı şəhərini və ölkə regionlarını əhatə edən geniş infrastruktur şəbəkəsi formalaşdırılıb. Hazırda sahibkarlara vahid məkanda "G2B" və "B2B" xidmətlərin göstərildiyi KOB evləri Bakı, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərir. Ötən dövrdə KOB evlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 1,4 milyondan çox xidmət göstərilib. "Gəncə KOB evi"nin təşkili üzrə işlər tamamlanıb və yaxın vaxtlarda sahibkarların istifadəsinə veriləcəkdir.

Sahibkarların biznes sahəsində bilik və bacarıqlarının artırılmasına olan ehtiyacı nəzərə alınaraq ötən dövrdə bu istiqamət KOBİA-nın fəaliyyətində prioritet olub. Agentliyin KOB inkişaf mərkəzlərində indiyədək sahibkarlara ödənişsiz olaraq 10 000-ə qədər məsləhət xidməti göstərilib, 64 800 sahibkara 5 200 təlim keçirilib. Ənənəvi təlim mexanizmləri innovativ və rəqəmsal həllərlə tamamlanaraq sahibkarlara daha çevik və rahat imkanlar yaradılıb. Azərbaycan Texniki Universitetində yaradılmış KOB Model Müəssisə praktik təlimləri ilə sahibkarlara səmərəli və qənaətli idarəetmə üsullarını öyrətməklə biznesin bilik və bacarıqlarını təkmilləşdirib. 180 təlim videosu, təlim materialları və özünüqiymətləndirmə testlərinin olduğu video təlim platformasından ötən müddətdə 2 200-dən artıq sahibkar faydalanıb.

Ölkənin 47 şəhər və rayonunda, o cümlədən işğaldan azad edilmiş Laçın, Zəngilan, Kəlbəcər və Füzulidə sahibkarlara yerində xidmət edən 48 KOB dostu fəaliyyət göstərir. KOB dostu şəbəkəsi sahibkarların dövlət və özəl qurumlarla effektiv əlaqələndirilməsinə, qarşılaşdıqları çətinliklərin operativ həllinə töhfə verərək zamanla onların ən etibarlı tərəfdaşına çevrilib.

KOB subyektlərinin ehtiyaclarının və çətinliklərinin öyrənilməsi və aidiyyəti üzrə çatdırılması üçün KOBİA tərəfindən bir sıra effektiv kommunikasiya kanalları yaradılıb. 22 500-dən çox sahibkarın iştirakı ilə Bakı və regionlarda 700-dək sahəvi görüş keçirilib. KOBİA yanında İctimai Şura çərçivəsində 50-yə yaxın ictimai müzakirə təşkil edilib. Bu görüşlərdə sahibkarların çətinlikləri öyrənilib, dövlət qurumları ilə birgə müzakirə edilib və həllinə dəstək göstərilib, onlar maarifləndirilib. 20 000-dək sahibkarın iştirakı ilə sorğular keçirilib.

KOB-ların maraqlarının müdafiəsi KOBİA-nın fəaliyyətinin mühüm istiqamətidir və ötən 8 ildə bu sahədə xeyli sayda sahibkarın hüquqları bərpa edilib. KOBİA "Keyfiyyətin idarə edilməsi, Müştəri məmnuniyyəti, Təşkilatlarda şikayətlərə baxılması üzrə təlimatlar" üzrə beynəlxalq ISO sertifikatı əldə edib.

Ötən 8 ildə KOB-lara ünvanlanmış bir sıra yeni dəstək mexanizmləri yaradılıb. İndiyədək 240-dək KOB subyektinə innovativ fəaliyyət üzrə onları mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən "Startap" şəhadətnaməsi verilib. KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə 129 layihəsinə 2,2 milyon manat qrant ayrılıb. KOB subyektləri üçün 70 daxili bazar araşdırması aparılıb. 140-dək KOB subyektinin istehsal etdiyi məhsulların iri ticarət şəbəkələrində satışına dəstək göstərilib. 2000-dək KOB subyektinin yerli və beynəlxalq sərgidə iştirakı təmin edilib ki, bu platformalarda sahibkarlar öz məhsullarını tanıda bilib, satış və ixrac imkanlarını artırıb. Quba və Sumqayıtda olmaqla iki KOB klaster şirkəti yaradılıb və onlara vergi və gömrük güzəştlərini nəzərdə tutan "KOB klaster şəhadətnaməsi" verilib.

KOB sektorunun rəqəmsallaşması sahəsində də mühüm addımlar atılıb. Biznesin inkişafının bütün mərhələlərində sahibkarlara geniş çeşidli elektron xidmətlər təmin edən e-KOB evi portalı beta versiyada istifadəyə verilib. Yeni ildən portal tam fəaliyyət göstərəcəkdir.

Agentlik tərəfdaş qurumlar və özəl sektor ilə birgə ötən 8 ildə KOB-lar üçün bir sıra sosial layihə və proqramlar həyata keçirib. "Qarabağ KOB-ları" layihəsi çərçivəsində 220 qazi və şəhid ailəsinin üzvünün biznesə başlamasına dəstək verilib. "Gənclərin biznes emalatxanası" layihəsi üzrə 65 gəncin biznesə başlamasına dəstək göstərilib. "Uğurla tərəfdaşlıqda qadın sahibkarlar" layihəsi çərçivəsində 70 qadın sahibkara dəstək göstərilib. "Bizdən biznesə" startap layihəsi üzrə startap ideyaların reallaşdırılmasına mentorluq və maliyyə dəstəyi təmin olunub. "İnvestisiya səyahəti" layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən yüzlərlə biznes subyekti qiymətli kağızlar bazarı barədə məlumatlandırılıb. Masallı və Sumqayıtda yaradılmış Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzləri tərəfindən 250 sosial həssas şəxs üçün peşə təlimi keçirilib və işlə təminata dəstək verilib. "KOB könüllüləri proqramı"nda 850 gənc könüllü olub.

Sahibkarların uğurlarının cəmiyyətə daha geniş tanıdılması, biznes düşüncə tərzinin təşviqi və dövlət-özəl sektor arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə 2022-ci ildən etibarən biznes subyektlərinə KOBİA-nın təsis etdiyi "Dayaq" mükafatı təqdim edilir.

KOB-lara dəstək, yerli və xarici sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin icrası, təcrübə mübadiləsi və s. kimi istiqamətləri əhatə edən 34 ölkənin müvafiq qurumları və 27 yerli və beynəlxalq təşkilatlar ilə 122 Anlaşma Memorandumu və sənədlər imzalanıb. Qətər, Səudiyyə Ərəbistanı, Ukrayna, İraq, Vyetnam, Birləşmiş Ərəb Əmirlikləri ilə 6 birgə biznes şurası yaradılıb. KOBİA-nın təşkilatçılığı və iştirakı ilə indiyədək 15-dən artıq beynəlxalq tədbir keçirilib. COP29 çərçivəsində KOBİA-nın irəli sürdüyü "KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Bəyannaməsi"nə artıq 30-a yaxın yerli və beynəlxalq tərəfdaş qoşulub.

Bu ardıcıl və sistemli fəaliyyət nəticəsində 2018-2024-cü illərdə KOB-ların sayı 74%-ə yaxın artaraq 424 000-ni ötüb. Hazırda ölkə üzrə qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin 99,7%-ni KOB subyektləri təşkil edir. 2018-2024-cü illərdə KOB-ların yaratdığı əlavə dəyərin həcmi 2 dəfədən çox artaraq 9,8 milyard manatdan 21,1 milyard manata çatıb. KOB-ların əlavə dəyərdə payı 13,4%-dən 18,5%-ə yüksəlib. KOB subyektləri üzrə işçilərin sayı 47,6% artaraq 417 800 nəfəri keçib. KOB-ların dövriyyəsi 2019-2024-cü illərdə 54,5% artaraq 48 milyard manat olub ki, bu da ölkə üzrə qeyri-neft dövriyyəsinin 37,4%-ni təşkil edir.

Ötən 8 ildə dövlətin KOB-lara göstərdiyi sistemli dəstək və əldə olunan nəticələr KOBİA-nın fəaliyyətinin beynəlxalq səviyyədə də yüksək qiymətləndirilməsinə səbəb olub. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzinin keçirdiyi müsabiqədə Azərbaycanın KOB evi modeli innovativ təcrübə kimi seçilib və tətbiqi tövsiyə olunub. "KOB siyasəti indeksi - 2024" üzrə hesabatın yekunlarına əsasən ölkəmizin mövqeyi 2020-ci il üzrə qiymətləndirmə hesabatının nəticələri ilə müqayisədə 12 indikatordan 9-u üzrə irəliləyib. Kiçik Biznes üzrə Beynəlxalq Şura (ICSB) tərəfindən 2023-cü ildə KOBİA-ya KOB sektorunun dəstəklənməsində nümunəvi fəaliyyətə görə tanınma sertifikatı təqdim edilib. Avropa İttifaqının "Azərbaycanda biznes mühiti - 2024" hesabatında Avropa şirkətlərinin dövlət qurumlarının fəaliyyətinin qiymətləndirilməsi sorğusuna əsasən KOBİA mütləq lider olub.

Qarşıdakı illərdə KOB-lara göstərilən dəstək və xidmətlərin təkmilləşdirilməsi, effektivliyinin artırılması və sahibkarlar üçün daha əlçatan olması, biznesin ehtiyacına uyğun yeni dəstək mexanizmlərinin tətbiqi, KOB-ların rəqəmsallaşdırılması və yaşıl keçidinə dəstək, dayanıqlı biznes modellərin təşviqi KOBİA-nın fəaliyyətinin prioritetləri sırasında olacaqdır.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 Dekabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri