Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Tikinti sektorunda geriləmə Mənzil bazarını nə gözləyir?

Tikinti sektorunda geriləmə Mənzil bazarını nə gözləyir?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda tikinti sektorunda 6,8 faizlik azalma qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qurumun məlumatına görə, 2026-cı ilin yanvar-oktyabr aylarında ölkədə 115 milyard 930,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,9 faiz artıb. Bəs ümumi iqtisadi artıma baxmayaraq, tikinti sektorunda geriləmə hansı səbəblərdən qaynaqlanır?

“Tikinti layihələrinə icazələr təxminən 10 dəfə azalıb”

Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadovun sözlərinə görə, tikinti sektorunda son illərdə ciddi geriləmə müşahidə olunur. O bildirir ki, Qarabağ iqtisadi rayonunda aparılan tikinti işlərini nəzərə almasaq, 2016-cı illə 2026-cı ili müqayisə etdikdə, yeni mülki tikinti layihələrinin sayında təxminən 9-10 dəfə azalma görmək mümkündür: “2016-cı ildə Nazirlər Kabinetinin 86 saylı qərarı ilə Bakı şəhərində təxminən 100 tikinti layihəsinə başlanılıb, müvafiq sərəncamlar verilib və icazələr ayrılıb. Lakin 2026-cı ildə Bakı-Abşeron ərazisində yeni çoxmənzilli binaların tikintisinə verilən icazələrin sayı il ərzində 10-dan da az olub. Bu, 2016-cı illə müqayisədə təxminən 10 dəfə azalma deməkdir”.

Ekspert qeyd edir ki, 2019-cu ildən etibarən tikinti şirkətlərinə verilən icazələrin sayı kəskin azalıb. Onun sözlərinə görə, çoxmənzilli binaların tikintisi ilə bağlı səlahiyyətlərin 2018-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilməsindən sonra da bu istiqamətdə ciddi azalma müşahidə olunub: “Hazırda tikinti bazarında əsasən bir neçə iri şirkət aktivdir. Kiçik və orta şirkətlər isə yeni layihələr üçün icazə almaqda çətinlik çəkirlər. Bəzi layihələr əvvəlki illərdə verilmiş sərəncamlar və icazələr əsasında həyata keçirilir. Digər şirkətlər isə uzun illərdir yeni layihələr üçün icazə gözləyirlər, lakin ala bilmirlər”.

Rəqabətin zəifləməsi qiymətlərə necə təsir edir?

Ekspert hesab edir ki, Bakıda son 5-6 ildə rəqabətin zəifləməsi daşınmaz əmlakın qiymətlərinin artmasına da təsir göstərir. Onun sözlərinə görə, mənzillərin hər il 12-15 faiz bahalaşması ilə bağlı fikirlər səsləndirilsə də, bu istiqamətdə ciddi tədbirlər görülmür: “Bir tərəfdən dövlət tərəfindən ipoteka və digər vətəndaş ehtiyacları üçün böyük həcmdə vəsait ayrılır, digər tərəfdən isə həm iş adamlarının, həm də vətəndaşların daşınmaz əmlaka yönəltdiyi investisiyalar bu sahədə böyük həcmdə vəsaitin cəmləşməsinə səbəb olur. Belə bahalaşma digər sahələrin inkişafına da maneə yaradır”.

“Hər il 48-50 min yeni ailənin mənzilə ehtiyacı yaranır”

Əmlak eksperti Firdovsi Xəlilov isə bildirir ki, tikinti sektorunda 6,8 faizlik azalmanı mənzil tikintisinin eyni nisbətdə azalması kimi qiymətləndirmək düzgün deyil. Çünki tikinti sahəsinə yaşayış binaları ilə yanaşı, sənaye obyektləri, yollar, körpülər və digər infrastruktur layihələri də daxildir: “2026-cı ilin yanvar-oktyabr aylarında ölkə üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 16 milyard 520 milyon manat olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz çoxdur. Vəsaitin 2,38 milyard manatı yaşayış evlərinin tikintisinə yönəldilib. Beləliklə, ümumi investisiyaların 14,4 faizi bu sahənin payına düşüb. Ümumi investisiyalar artsa da, yaşayış evlərinin tikintisinə yönəldilən vəsait 4,8 faiz azalıb. Bu göstəriciyə əsaslanaraq mənzilə tələbatın azaldığını söyləmək doğru olmaz. Təxmini hesablamalarımıza görə, Azərbaycanda hər il 48-50 min yeni ailənin mənzilə ehtiyacı yaranır”.

Əsas problem mənzil təklifinin qiymətindədir

Firdovsi Xəlilovun fikrincə, mənzil bazarında əsas problem ümumi təklifin azlığından daha çox, mövcud mənzillərin qiyməti ilə əhalinin alıcılıq qabiliyyəti arasındakı uyğunsuzluqdur: “Bu gün Bakıda 300 min manatdan yuxarı qiymətə kifayət qədər geniş mənzil təklifi var. Lakin mənzilə ən böyük ehtiyacın olduğu aşağı və orta qiymət seqmentlərində seçim imkanları məhduddur. Azərbaycanda mənzilə ən böyük potensial tələb məhz bu seqmentlərdə cəmləşib. Xüsusilə 100 min manata qədər qiyməti olan, uzunmüddətli və əlçatan maliyyələşmə şərtləri ilə əldə edilə bilən mənzillərə ciddi ehtiyac var. Bazarın təklifi əhalinin böyük hissəsinin alıcılıq qabiliyyətinə uyğun deyil”.

Yeni yaşayış layihələrinin həyata keçirilməsinə təsir edən amillərə gəlincə, ekspert torpaq sahələrinin qiymətini, tikinti sıxlığına dair normativləri, tikinti materiallarının və işçi qüvvəsinin dəyərini, vergi yükünü, layihələrin hazırlanması və razılaşdırılması müddətlərini, eləcə də tikinti şirkətlərinin maliyyə resurslarına çıxış imkanlarını qeyd edir.

Tikinti sektorundakı geriləmə mənzil qiymətlərinə təsir göstərə bilər

Tikinti sektorundakı azalmanın mənzil qiymətlərinə mümkün təsirinə gəlincə, ekspert yaxın dövrdə avtomatik ucuzlaşma gözləmədiyini bildirir. Onun fikrincə, yaşayış tikintisinə investisiyaların azalması və yeni layihələrin bazara çıxarılmasının zəifləməsi davam edərsə, bu, orta və uzunmüddətli dövrdə təklifin artımını məhdudlaşdıraraq qiymətlərə əlavə təzyiq göstərə bilər: “Mənzil qiymətlərinin dinamikası təkcə tikinti həcmindən asılı deyil. Əhalinin real gəlirləri, kredit imkanları, tikinti xərcləri və bazardakı ödəmə qabiliyyətli tələb də qiymətlərin formalaşmasında mühüm rol oynayır. Mənzil bazarının növbəti inkişaf mərhələsində əsas diqqət yeni yaşayış layihələrinin qiymət strukturuna yönəldilməlidir. Daha çox mənzil tikintisinə ehtiyacımız var, amma bu ehtiyac bütün qiymət seqmentlərində eyni deyil. Əsas tələbat aşağı və orta gəlirli ailələrin əldə edə biləcəyi mənzillərdədir. Bunun üçün daha münasib iqtisadi şərtlərlə həyata keçirilən yaşayış layihələrinin genişləndirilməsi, torpaq və infrastruktur təminatının, eləcə də uzunmüddətli maliyyələşmə mexanizmlərinin inkişaf etdirilməsi əhəmiyyətli olardı”.

Mənbə: "Kaspi" qəzeti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Noyabr 2026 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see343

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see329

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see325

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see306

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see300

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see298

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see289

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see280

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see268

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see264

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see252

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see251

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see246

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see242

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see237

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see229

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see225

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see222

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see221

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri