Köç karvanı Cəbrayıla çatıb, açarlar təqdim edilib YENİLƏNİB
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb, ailələrə evlərinin açarları təqdim olunub.
"Report" xəbər verir ki, açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Həmçinin ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.
Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Qeyd edək ki, bu mərhələdə Cəbrayılın Şükürbəyli kəndinə 24 ailə (148 nəfər) köçürülüb.
06:53
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Xankəndi şəhəri, Xankəndinin Kərkicahan qəsəbəsi, Xocalı rayonunun Təzəbinə, Xanyurdu, Xanabad və Ballıca kəndləri, Ağdərə rayonunun Vəngli, Çapar, Aşağı Oratağ kəndləri və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb.
"Report" xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xankəndi şəhərinə 3 ailə (13 nəfər), Xankəndinin Kərkicahan qəsəbəsinə 5 ailə (22 nəfər), Xocalının Təzəbinə kəndinə 7 ailə (31 nəfər), Xanyurdu kəndinə 5 ailə (22 nəfər), Xanabad kəndinə 2 ailə (10 nəfər), Ballıca kəndinə 1 ailə (4 nəfər), Ağdərənin Vəngli kəndinə 4 ailə (14 nəfər), Çapar kəndinə 4 ailə (11 nəfər), Aşağı Oratağ kəndinə 4 ailə (9 nəfər), Cəbrayılın Şükürbəyli kəndinə isə 24 ailə (148 nəfər) köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 22 Sentyabr 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















