Icma.az
close
up
RU
Koçaryan və Sarqsyan həbs ediləcəklər?

Koçaryan və Sarqsyan həbs ediləcəklər?

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Nikol Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanın əvvəlki rəhbərliyi Azərbaycan ərazilərinin işğalına rəhbərlik edən hazırkı müxalifətə qarşı hücuma keçsə də, onlar haqqında hələ də ədalətli qərar çıxarılmayıb. Bu mənada, xüsusən də Robert Koçaryan-Serj Sarqsyan cütlüyünün cinayətləri və həbsi yenidən gündəmə gəlib. Onları gah Paşinyanın komandası erməni xalqına qarşı cinayətlərdə ittiham edir, gah da erməni cəmiyyətinin bəzi üzvləri Azərbaycan xalqına qarşı cinayətlərini etiraf edib, Bakıya təhvil verilmələrini tələb edirlər. Bəs əgər belədirsə, Ermənistan hökuməti onları niyə məsuliyyətə cəlb etmir? Həmin cinayətkarlar həbs edilə bilərlərmi?

Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini Hikmət Babaoğlu deyib ki, 1980-ci illərin sonundan etibarən Ermənistanda hakimiyyətə gələn hər bir siyasətçi birbaşa və ya dolayısı ilə cinayətkardır:

"Başda Levon Ter-Petrosyan olmaqla Koçaryan-Sarqsyan cütlüyü və onların bütün komandası insanlığa qarşı cinayətlərdə iştirak ediblər. Təkcə Lveon Ter-Petrosyanın işğal dövründə çəkilən və bir müddət əvvəl gündəmə gələn Ağdamdakı çıxışı kifayət edir ki, onu hərbi cinayətlərdə ittiham edərək həbs edəsən. Bu mənada, əlbəttə ki, Koçaryan-Sarqsyan cütlüyü və onları təmsil edən müxalif qrup cinayətkardır. Amma təəssüf ki, Paşinyan hakimiyyəti öz maraqlarına uyğun olanda onların cinayətlərini xatırlayır, radikal ünsürlər geri çəkildikdə isə bu cinayət məsələsi yaddan çıxır".

"Ona görə də bu cinayətkarlar Azərbaycan məhkəməsi qarşısında cavab versələr, ədalətli şəkildə mühakimə oluna bilərlər. Ümid edirəm ki, belə də olacaq. Çünki biz unutmamalıyıq ki, Azərbaycan xalqına qarşı soyqırımı törədənlərin başında Koçaryan-Sarqsyan cütlüyü gəlir", - deputat vurğulayıb.

Müsahibimiz bu cinayət işinin Ermənistanda sona qədər davam edəcəyinə və onların haqlı cəzalarına çatacaqlarına inanmadığını bildirib:

"Ona görə də ədalətli mühakimənin bir yolu var: Azərbaycana qarşı cinayət törədənlərin Azərbaycan ədaləti qarşısında mühakimə olunması. Digər məsələlərə gəlincə isə buna Ermənistanın daxili siyasi-hüquqi proseslərin bir göstəricisi kimi baxmaq lazımdır. Ancaq yenə də ümid edək ki, həmin cinayətkarlar layiq olduqları cəzanı alacaqlar".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Aprel 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see355

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see302

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see292

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see272

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see271

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see260

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see246

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see226

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see224

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see222

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see197

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see176

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see176

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri