Köçəryan: Ağrı dağında gözümüz yoxdur
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Bizim Ağrı dağında (Türkiyə ərazisində yerləşir – red.) gözümüz yoxdur”.
Teleqraf xəbər verir ki, bu iddia ilə Ermənistanın sabiq prezidenti Robert Köçəryan çıxış edib.
“Sizcə, kimsə ciddi şəkildə Ağrı dağında gözümüzün olduğunu düşünür? Bu, bizim üçün bu bir simvoldur. Bəs siz heç ağlı başında olan siyasətçinin “Gedək Araratı (Ağrı) tutaq” dediyini eşitmisinizmi? Ciddi deyil. Bu, bizim üçün bir simvoldur. Bu, o demək deyil ki, bizim belə planlarımız olub. Heç kim bu cür avantürizmdən əziyyət çəkməyib”, - sabiq prezident bildirib.
Həmçinin Köçəryan iddia edib ki, prezident olduğu 10 il ərzində Türkiyə əleyhinə ehtiyatsız bəyanatlar verməyib:
“Söhbət bizim Türkiyə ilə münasibətləri süni şəkildə gərginləşdirməyə çalışmağımızdan getmir. On il prezident olmuşan, Türkiyə ilə bağlı bir diqqətsiz açıqlamanı tapın. Xatırlamağa çalışın. On illik hakimiyyətimdə Türkiyəyə qarşı bir diqqətsiz bəyanatımı göstərin”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 19 May 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















