Icma.az
close
up
RU
Köçəryanı saxlanıldı: Ermənistanda qalmaqal yaradan hadisə

Köçəryanı saxlanıldı: Ermənistanda qalmaqal yaradan hadisə

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanın ikinci prezidenti, müxalif “Hayastan” blokunun lideri Robert Köçəryan ilə bağlı diqqətçəkən məlumat yayılıb.

“Yeni Sabah” xəbər verir ki, erməni KİV-lərinin məlumatına görə, Robert Köçaryan Yerevandakı  Zvartnots hava limanından ölkəni tərk etmək istəyərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və onun Ermənistan sərhədini keçməsinə icazə verilməyib.

Məlumata görə, hadisədən bir neçə saat əvvəl Köçəryanın ofisi onun üç günlük müddətə ölkədən gedəcəyini açıqlamışdı. Bildirilirdi ki, səfər şəxsi xarakter daşıyır və hələ bir müddət əvvəl planlaşdırılıb. Lakin sonradan yayılan məlumatlarda sabiq prezidentin hava limanında ölkədən çıxışına mane olunduğu qeyd edilib. Pepperoni pizza

Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan jurnalistlərə açıqlamasında baş verənləri “gözlənilən hadisə” adlandırıb. Onun sözlərinə görə, səfər barədə əvvəlcədən məlumat verilsə də, heç bir rəsmi izahat təqdim edilmədən eks-prezidentin ölkədən çıxışına qadağa qoyulub.

Hadisə Ermənistanın siyasi gündəmində gərginliyin artdığı bir vaxtda baş verib. İyunun 7-də keçirilən parlament seçkilərindən sonra müxalifət düşərgəsində narazılıqlar davam edir. Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” bloku seçkilərdə iştirak edən əsas müxalif qüvvələrdən biri olub.

Erməni mediası qeyd edir ki, son günlər digər müxalif siyasətçilərlə bağlı da oxşar məhdudiyyətlər tətbiq olunub. Bununla belə, Köçəryanın ölkədən çıxışına niyə icazə verilmədiyi barədə Ermənistanın hüquq-mühafizə orqanları hələlik rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Robert Köçəryan 1998–2008-ci illərdə Ermənistan prezidenti olub və hazırda ölkədəki əsas müxalif siyasi fiqurlardan biri hesab edilir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 İyun 2026 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri