Icma.az
close
up
RU
Mərkəzi Bankın son qərarları nəyi dəyişəcək? Deputatdan AÇIQLAMA

Mərkəzi Bankın son qərarları nəyi dəyişəcək? Deputatdan AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı 2024-cü il mayın 2-dən sonra ilk dəfə uçot dərəcəsini və faiz dəhlizinin digər parametrlərini 0,25 faiz bəndi azaldıb.
Uçot dərəcəsi 7 faiz, faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi isə 8 faiz səviyyəsinə endirilib. Bəs bu qərarın hansı nəticələri ola bilər?
Bu barədə Demokrat.az-a danışan deputat, iqtisadçı Vüqar Bayramov deyib ki, Mərkəzi Bank tərəfindən faiz dəhlizinin bütün parametrləri 0,25 faiz bənd azaldılıb. Bu azaldılma bir tərəfdən inflyasiyanın proqnozlaşdırılan diapazonda dəyişməsi, eyni zamanda qlobal iqtisadiyyatda və valyuta bazarındakı stabilliklə bağlıdır:
“Nəzərə alsaq ki, 2025-ci ilin geridə qalan müddətində valyuta, eləcə də makroiqtisadi səviyyədə stabillik qorunub saxlanılıb, bu da Mərkəzi Bank tərəfindən faiz dəhlizinə baxılmasını və müəyyən düzəlişlərin edilməsini zəruri etdi.
Digər tərəfdən isə inflyasiyanın proqnozlaşdırılan həddə olması da faiz dəhlizi ilə bağlı parametrlərə baxılması və dəyişdirilməsini mümkün etdi. Dəyişiklik 0,25 faiz bənddir. Yəni söhbət kəskin və böyük dəyişiklikdən getmir. Bütövlükdə Mərkəzi Bankın faiz dəhlizinin parametrləri və uçot dərəcəsi ilə bağlı qərarı hələlik kredit bazarına təsir göstərməyəcək”.
Deputat deyib ki, ümumiyyətlə, Mərkəzi Bankın uçot dərəcəsini azaltmasının kredit bazarına təsirləri yüksək deyil. Bu kontekstdə Mərkəzi Bankın uçot dərəcələrinin və faiz dəhlizi parametrlərinin daha aktiv şəkildə həm uçot, həm də maliyyə bazarlarına təsirlərinin artırılmasına ehtiyac var:
“Çox təəssüf ki, biz son vaxtlar istehlak kreditlərinin faizlərində artımları müşahidə edirik. Bu da problemli kreditlərin həcmi baxımından arzuolunan deyil.
Mərkəzi Bankın son qərarı valyuta və istehlak bazarındakı mövcud tarazlığa uyğun verilmiş qərardır. Hələlik bu qərarların kredit bazarları da daxil olmaqla digər alətlərə təsiri yüksək qiymətləndirilmir”.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 İyul 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri