Icma.az
close
up
RU
Kod unuzu tapmaq istəyirsinizsə: Bakıdakı bu festivala gedin

Kod unuzu tapmaq istəyirsinizsə: Bakıdakı bu festivala gedin

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Nizami Kino Mərkəzində “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalının açılış mərasimi keçirilib. 

Festival çərçivəsində rejissor Seyran Mahmudoğlunun “Evim” adlı sənədli filminin ilk nümayişi baş tutub. 

“Cebheinfo.az”-a açıqlamasında “DokuBaku”-nun təsisçisi İmaməddin Həsənov festivalın məqsədindən danışıb. 

Festivalın təsisçisi bildirib ki, festival 2017-ci ildən keçirilir və artıq 9-cu dəfədir ki, baş tutur:

“Festivala dünyanın 60-dan çox ölkəsindən 200-dən artıq film bizə təqdim olunub, onlardan 57-si seçilib. İndiyə qədər 5 filmin nümayişi baş tutub, bu gün isə altıncı film-Seyran Mahmudoğlunun “Evim” sənədli filmi təqdim olunur. Bu film Azərbaycan sənədli filminin diqqətəlayiq nümunələrdən biridir. 

Elə bir səviyyədədir ki, gələcəkdə klassik əsərlər sırasına daxil edilə bilər. Biz festival olaraq çalışırıq ki, nəinki Seyran Mahmudoğlu kimi yaradıcı insanlar, ümumiyyətlə, gəncləri öyrənməyə və inkişafa  təşviq edək”. 

İmaməddin Həsənov qeyd edib ki, hər bir sənədli film bir kod və mesaj daşıyır:

“Festivalda əsas məqsəd təkcə film nümayiş etdirmək deyil. Hər bir insan, istər teatr rəhbəri, istər aktyor, fərqi yoxdur sən kimsən, sənətə marağı olan biri olsun, özünə bu sualı verməlidir ki, nəyə görə bu həyatı yaşayır? Çünki sənət, elm və inam bir yerdə olanda, insan öz ruhunu, öz “kodunu” tapır. 

Hanı sənin ruhun? Niyə özünü tapmırsan?  İçindəki sevgini və işığını dünyaya, insanlara, bəşəriyyətə açmırsan? Yəni bu həm elmdir, həm inamdır, hər şeydir. Bu özünüdərkdir, kamilləşməkdir. 

Festivalda təqdim olunan hər film bir kod, bir mesaj daşıyır. “Evim” filmi özü də bir koddur. Burada olmaq, eşitmək, hiss etmək və görmək insana dərk etdirir ki, əslində hər şey enerjidən ibarətdir. Hər şey düşüncədən yaranır və düşüncədən daha güclü bir qüvvə yoxdur”.

Filmin rejissoru Seyran Mahmudoğlu bildirib ki, “Evim” sənədli filminin çəkilişlərinə 2015-ci ildən başlanılıb:

“Çəkilişlər iki il intensiv şəkildə davam edib. Daha sonra müəyyən müddət gözlədik ki, kənddə hansı dəyişikliklər baş verir. Çünki çoxsaylı proseslər gedirdi və mən onların hamısını lentə alırdım, amma hamısı filmə daxil edilmədi. Əslində, belə bir şey baş verdi, filmdə gördüyünüz insanların əksəriyyəti artıq dünyasını dəyişib. Hazırda orada cəmi iki nəfər qalıb."

S. Mahmudoğlu bildirib ki, “Evim” müşahidə janrında çəkilib və burada bütün səhnələr təbiidir:

“Bir mərhələdə mənə mənəvi ağırlıq gəldi və qərara aldım ki, bu filmi bitirməliyəm. Üstəlik, kəndin adı dəyişdi və hekayə bitdi. “Evim” müşahidə janrında çəkilib. Mən o kənddə böyümüşəm, insanlar məni tanıyırlar, bu da çəkiliş prosesini asanlaşdırdı. Filmdə heç kim oynamayıb, hər şey təbiidir. Burada real həyat göstərilib. Sənədli film və müşahidə janrının uğuru da məhz bundadır”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: “DokuBaku” Festival

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see237

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see236

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see151

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see147

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see146

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see144

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see135

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri