Icma.az
close
up
RU
Köhnə dezinformasiyaçının yeni ssenarisi

Köhnə dezinformasiyaçının yeni ssenarisi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Qabrelyanov bir daha sübut edir ki, o jurnalist yox, təxribatçıdır

Rusiya media məkanında dezinformasiya yaymaq, təxribatlar hazırlamaq üzrə “ixtisaslaşmış” mediamaqnatlardan biri də Aram Qabrelyanovdur. O, Ermənistanda keçiriləcək parlament seçkilərində müxalifətin qalib gəlməsi üçün, qollarını çırmalayıb, bütün gücünü səfərbər edib dəridən-qabıqdan çıxır. Onun əsas “stavka” etdiyi şəxs isə rusiyalı milyarder, oliqarx Samvel Karapetyandır.

Aram Aşotoviç bu günlərdə bir daha sübut edib ki, onun fantaziyası sərhəd tanımır. Bu dəfə o, seçkilərlə bağlı “Moskva sosioloqlarının yeni məlumatları”nı təqdim edib. İddia edib ki, S.Karapetyan 30, Nikol Paşinyan 25, Robert Koçaryan 12, Qaqik Sarukyan 10, digər namizədlər isə 2,5-dən 1 faizə qədər səs toplayacaqlar.

“Facebook”da etdiyi daha bir paylaşımda isə bildirib: “Zelenski İrəvana gəlir. Ermənistan real olaraq Bakıdan idarə olunur (?). Əgər Paşinyan seçkilərdə qalib gəlsə, diaspor ermənilərinə ölkəyə giriş, sadəcə, bağlanacaq. Buna görə də diaspor ermənilərinin yeganə seçimi var – seçkilərə getmək və müxalifətə səs vermək”.

Onun digər dezinformasiyası ölkəmizlə bağlı olub. Başabəla jurnalist özünün “Facebook” hesabında yazıb ki, bəs Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin aprelin 29-da Ermənistana səfəri 300 min azərbaycanlının Ermənistana köçürülməsi planı (?) ilə bağlıdır: “Söz verdiyim kimi, Rusiya mənbələrindən əldə olunmuş etibarlı məlumat. Mənbələr bildirir ki, Şahin Mustafayevin səfəri Paşinyanın Bakı qarşısında Ermənistan SSR dövründə azərbaycanlıların kompakt yaşadıqları yerlərə qaytarılması ilə bağlı öhdəlikləri ilə əlaqədardır. 300 mindən çox azərbaycanlının aşağıdakı şəhər və kəndlərə köçürülməsi qərara alınıb: Kotayk vilayətinin Arzakan, Geranis və Marmarik yaşayış məntəqələri; Geqarkunik vilayətinin (Göyçə gölü ətrafı, hazırda Azərbaycanın Kəlbəcər rayonu ilə sərhəd) Vardenis, Sotk, Axbradzor, Saxkunk, Lçap, Dzovazard yaşayış məntəqələri, Armavir vilayətinin Saxkalandj, Qriboyedov, Haykaşen yaşayış məntəqələri, Araqatsotn vilayətinin Bazmaxbur və Saralandj kəndləri. “Böyük köçürülmə” proqramının icrasına seçkilərdən dərhal sonra başlanacaq. Həmin vaxt Sünik vilayəti üzrə “Ümumi ev” adlı layihə ilə bağlı müqavilə də imzalanacaq”.

Əlbəttə, bu təxribatçıya baş qoşmamaq da olardı. Amma bu halda onun dedikləri cavabsız qalar və yanlış təsəvvürlərin yayılmasına səbəb ola bilərdi. Ona görə də belələrinin cavabını verməyi zəruri hesab etdik. Amma əvvəlcə, gəlin görək kimdir bu Qabrelyanov? 1961-ci ildə Dərbənddə doğulan bu qalmaqallı fiqur “Life” layihəsinin və “Jizn” qəzetinin yaradıcısıdır. Hazırda “Batik Media Group” adlanan holdinqin prezidentidir. Əvvəllər “İzvestiya” qəzetinin direktorlar şurasına başçılıq edib. Qabrelyanovun həyat yolu zahirən klassik jurnalist karyerası təsiri bağışlasa da, onun fəaliyyəti tez-tez etik normaların pozulması, manipulyativ informasiya yayımı və siyasi sifarişli materiallarla müşayiət olunub. Məhz bu səbəbdən 2024–2025-ci illərdə Avropa İttifaqı, Kanada və Avstraliya tərəfindən dezinformasiya və təbliğat fəaliyyətinə görə sanksiyalara məruz qalıb.

Zəngəzurdan köç etmiş ailədə doğulan Qabrelyanovun babası vaxtilə keşiş olub, lakin sovet təqibləri səbəbilə ailə Dağıstana köçüb. Onlar burada Ter-Qabrielyan soyadını “Qabrelyanov”a dəyişiblər. Aram əvvəlcə texniki işlərdə çalışsa da, sonradan jurnalistikaya yönələrək Moskva Dövlət Universitetində təhsil alıb. 1990-cı illərdən etibarən regional mətbuatdan başlayaraq media biznesini genişləndirən Qabrelyanov qısa müddətdə iri tabloid şəbəkəsi qurub. “Jizn” qəzetinin tirajını 2 milyon nüsxəyə çatdırması ona kommersiya uğuru qazandırıb, lakin bu uğur daha çox sensasiya, şəxsi həyatın ifşası və sarı mətbuat üsulları hesabına əldə edildi. Sonrakı illərdə yaratdığı “LifeNews” və digər platformalar isə tez-tez qərəzli, yoxlanılmamış və təbliğat xarakterli materiallarla gündəmə gəlib.

Avropa İttifaqının rəsmi sənədlərində o, “Kremlə bağlı təbliğatçı” kimi xarakterizə edilir və saxta xəbərlərin yayılmasında aktiv rol oynadığı vurğulanır. Eyni zamanda, onun rəhbərlik etdiyi və ya dəstəklədiyi layihələrin bir qismi açıq şəkildə siyasi təsir aləti kimi qiymətləndirilir.

Qabrelyanovun adı qalmaqallardan da yan keçməyib. Media etikası ilə bağlı çoxsaylı mübahisələr, jurnalistlərlə münaqişələr, hətta fiziki qarşıdurmalar belə onun karyerasının bir hissəsinə çevrilib. Bundan əlavə, müxtəlif araşdırmalarda onun maliyyə fəaliyyətləri və dövlət layihələrindən əldə etdiyi gəlirlər də sual altına alınıb. Bütün bunların fonunda Qabrelyanovun obrazı peşəkar jurnalistdən daha çox siyasi və informasiya manipulyasiyalarında iştirak edən mübahisəli media fiquru kimi formalaşıb. Onun çıxışları və yaydığı məlumatlar tez-tez etibarlılıq baxımından şübhə doğurur və bir çox hallarda ictimai rəyi yönləndirməyə hesablanmış kimi qiymətləndirilir.

Aramın son dövrlərdə səsləndirdiyi iddialar bir daha göstərir ki, onun informasiya fəaliyyəti faktların yoxlanılmasına deyil, ictimai rəyə manipulyativ təsir göstərməyə yönəlir. Ermənistan seçkiləri ilə bağlı təqdim etdiyi “sosioloji nəticələr”, regional siyasi proseslərə dair uydurma ssenarilər və xüsusilə də 300 minlik “köçürülmə planı” kimi əsassız iddialar jurnalistika ilə deyil, daha çox siyasi təxribat xarakterli informasiya istehsalı ilə səsləşir. Bu cür materialların ümumi məntiqi sadədir: mürəkkəb geosiyasi proseslərə şişirdilmiş, emosional və çox vaxt yoxlanılması mümkün olmayan “ssenarilər” əlavə olunur və nəticədə ictimai rəyin qorxu, narahatlıq və qeyri-müəyyənlik üzərində formalaşdırılmasına çalışılır. Qabrelyanovun paylaşdığı fikirlər də məhz bu modelə uyğundur. Seçki sorğuları adı altında təqdim olunan rəqəmlər heç bir şəffaf metodologiya ilə əsaslandırılmır, “Rusiya mənbələri” kimi ümumi və anonim istinadlar isə informasiyanın etibarlılığını artırmaqdan daha çox, onu yoxlanılmaz etmək məqsədi daşıyır. Xüsusilə diqqətçəkən məqam onun Ermənistan və regionla bağlı mövzuları sistemli şəkildə gərginlik prizmasından təqdim etməsidir. Diaspor ermənilərinin guya ölkəyə buraxılmaması, Ermənistanın “kənar qüvvələr tərəfindən idarə olunması” kimi iddialar real siyasi analizdən çox, ictimai şüurda qorxu və inamsızlıq yaratmağa hesablanmış ritorikanı xatırladır. Bu cür yanaşma nə Ermənistanın daxili siyasi proseslərini obyektiv şəkildə əks etdirir, nə də regional reallıqlara uyğun gəlir.

Azərbaycanla bağlı irəli sürdüyü “kütləvi köçürülmə planı” kimi iddialar isə daha açıq şəkildə dezinformasiya xarakteri daşıyır. Burada məqsəd faktları təqdim etmək deyil, həssas tarixi və etnik mövzuları yenidən gündəmə gətirərək emosional reaksiya yaratmaqdır. Bu tip narrativlər adətən konkret sübutlara söykənmir, əksinə, “etibarlı mənbələr bildirir” kimi qeyri-müəyyən ifadələrlə legitimlik görüntüsü yaradılır. Beləliklə, Qabrelyanovun çıxışlarını təkcə fərdi mövqe kimi yox, daha geniş informasiya strategiyasının tərkib hissəsi kimi dəyərləndirmək daha doğrudur. Bu strategiyanın mərkəzində isə manipulyativ narrativlər dayanır.

P.S. Ermənistan Ali Sovetinin keçmiş deputatı Vaqram Atanesyan bu dezinformasiya ustasının fikirləri ilə bağlı deyib: “Aram Qabrelyanov bildirir ki, “300 min azərbaycanlının Ermənistana köçürülməsi ilə bağlı razılaşma” haqqında ona Rusiya xüsusi xidmət orqanları məlumat verib. Əgər bu doğrudursa, deməli, Rusiya Federal Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti Ermənistana qarşı hibrid müharibə planlaşdıran strukturlardır. Əgər Qabrelyanov yalan danışırsa, onda Rusiyanın müvafiq orqanları Ermənistan–Rusiya dövlətlərarası münasibətlərinə zərər vurduğuna görə onu məsuliyyətə cəlb etməlidir”.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 May 2026 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri