Kolbasa alarkən qablaşdırmada bu əlamətlərə baxın Açıqlama
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kolbasa və sosiska kimi emal olunmuş ət məhsulları gündəlik qida rasionunda geniş istifadə olunur. Lakin bu məhsulların tərkibində istifadə olunan bəzi maddələr, xüsusilə də normadan artıq miqdarda olduqda, insan sağlamlığı üçün risk yarada bilər. Məhsulun keyfiyyəti ilə yanaşı, onun tərkibi və istehsal zamanı istifadə olunan əlavələr də istehlakçıların diqqət etməli olduğu əsas məqamlardandır.
Digər tərəfdən, mağazalarda müxtəlif qiymət və tərkibə malik kolbasa və sosiska məhsullarının satılması istehlakçıların seçimində suallar yaradır. Bu baxımdan məhsulun etiketində hansı məlumatlara diqqət edilməli olduğu və keyfiyyətli məhsulu digərindən necə fərqləndirməyin mümkünlüyü də aktuallaşır.
Bəs kolbasa və sosiska kimi emal olunmuş ət məhsullarının tərkibində hansı maddələr insan sağlamlığı üçün risk yarada bilər? İstehlakçı məhsulun keyfiyyətini ev şəraitində və ya etiketdəki məlumatlara əsasən necə müəyyən edə bilər?
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Demokrat.az-a açıqlamasında bildirib ki, kolbasa işlənmiş ət məhsulu olduğu üçün yaxşı olar ki, qida rasionumuzda mümkün qədər az istifadə edilsin.

Onun sözlərinə görə, kolbasa işlənmiş ət məhsulu olduğuna görə, keyfiyyətli şəkildə istehsal olunsa belə, gündə 50 qramdan çox qəbul etmək tövsiyə olunmur:
“Keyfiyyətli kolbasanı seçərkən birinci növbədə markalanmasına diqqət etməliyik. Üzərində istehsalçı şirkətə aid məlumatlar tam şəkildə olmalıdır: ünvanı, telefon nömrəsi, istehsal tarixi, son istifadə müddəti və tərkibində istifadə olunan bütün maddələr tam şəkildə qeyd olunmalıdır. Mütləq şəkildə saxlama şəraiti haqqında da məlumat verilməlidir və satılan yerdə həmin saxlama şəraiti qaydalarına əməl olunması vacibdir. Buna da diqqət etmək lazımdır.
Keyfiyyətli kolbasa və sosislər bir neçə növə bölünür. Onlar bişirilmiş, hisə verilmiş, bişirilib-hisə verilmiş və yarımbişmiş formada satılır. Ona görə də növlərinə görə hər birinin saxlama müddəti fərqli olur: 15 gün, 30 gün və daha uzun müddət saxlanılan məhsullar da var. Xüsusilə hisə verilmiş məhsullar daha uzun müddət saxlanıla bilir. Mütləq şəkildə həm daşınmada, həm də saxlanmada soyuducuda temperatur rejiminin pozulmamasına diqqət edilməlidir.
Digər tərəfdən, qablaşdırmanı alarkən diqqət edəcəyimiz əsas məqamlardan biri paketin tamlığının pozulmamasıdır. Üzərində hər hansı bir zədə, nəmlik, yağlılıq, bəzən jeleyəbənzər maddə və ya digər yad maddələr olmamalıdır. Mütləq şəkildə bütün alınan məhsullarda aroma verici kimi ədviyyatlardan və sarımsaqdan istifadə olunduğu üçün onların iyi zəif, təzə və xoşagələn olmalıdır. Əgər kəskin ədviyyat iyi və ya süni kimyəvi maddələrin qoxusu gəlirsə, bu, onun keyfiyyətsiz olduğunun göstəricisi ola bilər.
Mütləq şəkildə üzərinə təzyiq etdikdə və yaxud barmaqla basdıqda qısa müddət ərzində əvvəlki formasını bərpa etməlidir. Əgər əzik formada qalırsa, bu, məhsulun keyfiyyəti ilə bağlı şübhə yarada bilər.
Digər bir məqam isə kolbasanı açdıqda onun quru və bircinsli şəkildə olmasına diqqət etməkdir. Hisə verilmiş yağlı kolbasaların qabığında az miqdarda ərp ola və ya yağ ətə yapışmış şəkildə görünə bilər. Lakin doktor kolbasalarında, sosislərdə və sardelkalarda yağın yapışmamasına diqqət etmək lazımdır.
Mütləq şəkildə etiketin tərkib hissələri bölməsində hansı heyvanın ətindən istifadə olunduğu yazılıbsa, məhsulun içində də həmin ətdən istifadə olunması əsas şərtlərdən biridir. Bunları gözlə görərək müəyyən etmək olmur, yalnız laborator analiz vasitəsilə bilmək mümkündür. Ancaq rənginə də diqqət etmək lazımdır. Ətin növündən asılı olaraq kolbasaların rəngi ağımtıl-çəhrayı və qırmızı-çəhrayı ola bilər. Əgər qəhvəyi və ya boz rəngə çalırsa, yaxud rəngi bircinsli deyilsə, bu, məhsulun keyfiyyəti və saxlanma şəraiti ilə bağlı şübhə yarada bilər. Belə məhsulları almaq tövsiyə olunmur.
Eyni zamanda, içində hər hansı fərqli ləkələr görünürsə, bu, bir çox hallarda istehsal və ya saxlanma ilə bağlı problemin ola biləcəyini göstərə bilər.
Məhsulun hazırlanmasında əsasən yağlardan istifadə olunur. Burada heyvan mənşəli yağlardan da istifadə edilir. Keyfiyyətli kolbasalarda bu yağ daha ağ və uyğun rəngdə görünür. Keyfiyyətsiz məhsullarda isə yağ sarı rəngdə və ovulan şəkildə olur. Bunu da nəzərə almaq lazımdır”.
Ekspert əlavə edib ki, mütləq şəkildə kolbasanı bütöv şəkildə aldıqda etiketdəki məlumatları tam oxuya bilirik:
“Ancaq bir çox hallarda kolbasanı çəki ilə alırlar və yaxud yol kənarında, nəzarət olunmayan satış məntəqələrində, küçələrdə ucuz kolbasalar satılır. Bunlar tamamilə yolverilməzdir. Çünki çox ucuz qiymətə satılsalar da, bəzən məhsulun üzərində onun tərkibi haqqında ümumiyyətlə məlumat olmur. Belə məhsulları qəbul edən insanlarda ciddi sağlamlıq problemləri yarana bilər. Ona görə də mənşəyi bəlli olmayan məhsulları almaq tövsiyə olunmur.
Uşaqların və yeniyetmələrin qida rasionunda kolbasa, sosiska və digər bu kimi işlənmiş ət məhsullarının məhdudlaşdırılması tövsiyə olunur. Çünki bu məhsulların tərkibində müxtəlif qida əlavələri ola bilər. Buna da diqqət etmək lazımdır”, - deyə ekspert fikrini tamamlayıb.
Nuray Paşşanlı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Qarpız alarkən bu əlamətlərə diqqət edin
18 İyul 2026 14:20
Kolbasa yeməyin, bu xəstəlikləri yaradır Ekspertdən açıqlama
11 Sentyabr 2025 01:02
Kolbasa alarkən nələrə diqqət etməliyik?
18 Noyabr 2024 00:04
Bakıda kolbasa alarkən peşman olmayın Bu 7 məqama mütləq baxın
17 İyul 2026 10:32
Baxış sayı:140
Bu xəbər 18 Avqust 2026 17:05 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları