Icma.az
close
up
RU
Kölgələnən iqtisadiyyat: Nə qədər dövlətdən gizlədilir?

Kölgələnən iqtisadiyyat: Nə qədər dövlətdən gizlədilir?

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Azərbaycanda müşahidə olunmayan iqtisadiyyatın ÜDM-də payı 7,7 faiz təşkil edir. Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimovun sözlərinə görə, bunun 1,8 faizi kölgə iqtisadiyyatının payına düşür: "İlk baxışda bu rəqəm kiçik görünə bilər, lakin bu, 3,2 milyard manatlıq məhsul və xidmətin statistikadan kənarda qalması, 2,2 milyard manatlıq əlavə dəyərin isə uçotdan gizlədilməsi deməkdir”.

Maraqlıdır, ölkə iqtisadiyyatında "görünməyən” fəaliyyətlər əsasən hansı sahələrdə cəmləşir? Kölgə iqtisadiyyatı daha çox harada "kölgələnir”?

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı Ruslan Atakişiyev bildirir ki, bəzi sahibkarlar fəaliyyətlərini "ağartmaqda” maraqlı deyillər: "Biz bunu daha çox ticarət və xidmət sektorunda müşahidə edirik. Məsələn, iri ticarət mərkəzləri kölgə iqtisadiyyatının geniş yayıldığı yerlərdən biridir. Regionlarda yerləşən bəzi istehsal müəssisələri də vergidən yayınır. Belə istehsal müəssisələri adətən zirzəmilərdə, gözdən uzaq məkanlarda fəaliyyət göstərirlər. Bəzi müəssisələr isə gəlirlərinin yalnız müəyyən bir hissəsini açıqlayır, digər hissəsini gizlədirlər. Demək olar ki, bütün sahələrdə kölgə iqtisadiyyatına rast gəlinir. Dövlət qurumları da çalışırlar ki, həmin sahələr "ağardılsın”.

Ekspertin sözlərinə görə, iqtisadiyyatın tamamilə ağardılması qeyri-mümkündür. Amma "görünməyən” fəaliyyətlərin həcmini ciddi səviyyədə azaltmaq olar: "Bunun üçün vergi nəzarəti mütəmadi olaraq həyata keçirilməlidir. Eyni zamanda, stimullaşdırıcı tədbirlər nəzərdə tutulmalıdır ki, kölgədə olan sahibkarlar fəaliyyətlərini ağartmaqda maraqlı olsunlar. Hazırda sahibkarların gəlirlərini gizlətmə səbəblərindən biri alışlarla bağlıdır. Onlar çox vaxt alışları həyata keçirərkən məcbur olurlar ki, bəziləri qeyri-rəsmi olsun. Bu istiqamətdə nəzarətin gücləndirilməsi vacibdir. İkinci məsələ, çox vaxt sosial ödəmələrin həcmi yüksək olduğundan sahibkarlar rəsmi müqavilə ilə işçi götürməkdə maraqlı olmurlar. Bu məsələyə diferensial şəkildə baxılmasına ehtiyac var”.

Ekspert həmçinin vurğulayır ki, sahibkarların "kölgə”dən çıxarılması istiqamətində sistemli iş aparılmalıdır: "Yaxşı olar ki, nümunəvi sahibkarlıq subyektlərinin reytinqi müəyyənləşdirilsin və cəmiyyətə elan olunsun. Kölgə iqtisadiyyatında mövcud olan sahibkarların "kölgə”dən çıxarılması istiqamətində iş aparılmalıdır. Yəni onlar mövcud istehsal avadanlıqlarını və sexlərini "ağartmaqda” çətinlik çəkirlərsə, burada da bir inam, dəstək formalaşdırmaq lazımdır. Düşünürəm ki, onlarla fərdi görüşlər keçirmək, problemlərinə yaxından bələd olmaq lazımdır”.

Vergi məsələləri üzrə ekspert Anar Bayramov deyir ki, son illər kommersiya obyektlərinin dövriyyəsinin şəffaflaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib: "Amma bu, bəzi sahibkarlara sərf etmir. Onlar müxtəlif yollarla vergidən yayınmağa cəhd göstərirlər. Bu gün karqo şirkətləri iqtisadiyyatın "kölgələnməsində” müəyyən rola malikdir. Xaricdən gətirilən mallar onların adına çox cüzi məbləğlə rəsmiləşdirilir. Yəni, faktiki olaraq malın mülkiyyətçisi, idxalatçısı başqa şəxslərdir, lakin həmin şəxslər rəsmi qaydada fəaliyyət göstərmirlər”.

A.Bayramovun fikrincə, kölgə iqtisadiyyatının böyük bir payı iri ticarət mərkəzlərinin üzərinə düşür: "Sədərək”, "Binə” kimi iri ticarət mərkəzlərində böyük həcmdə sənədsiz mal dövriyyəsi mövcuddur. Regionları götürəndə isə mərkəzdən kənar yerlərdə kölgə iqtisadiyyatı hakim mövqeyə malikdir. Çünki orada əhalinin həssas qrupu yaşadığından məsələyə bir qədər emosional yanaşılır və nəzarət tədbirləri daha yumşaq formada həyata keçirilir. Xidmət sektorunda da kölgə iqtisadiyyatını hərəkət etdirmək daha rahatdır. Əsas yayınma üsullarından biri isə ödənişlərin "Card to card" üsulu ilə alınmasıdır. Eyni zamanda, ölkə xaricinə xidmətlər göstərərkən qanunvericiliyin tələblərini pozaraq ödənişləri kriptovalyuta vasitəsilə həyata keçirirlər. Bu da kölgə iqtisadiyyatında rol oynayır”.

Mütəxəssis bildirir ki, dövlət tərəfindən bu kimi halların aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görülür: "Zaman-zaman bununla bağlı qanunvericiliyə sərt tədbirlər gətirilib. Bundan başqa, kommersiya qurumları arasında nağdsız hesablaşmalar təşviq olunur ki, buna uyğun olaraq onlara müəyyən qədər vergi endirimləri edilir. Yəni, dövlət bu istiqamətdə həm cəzalandırma, həm də təşviq vasitəsilə tədbirlər həyata keçirir. Nəticədə kölgə iqtisadiyyatının səviyyəsi ildən-ilə aşağı düşür”.

Ekspert vurğulayır ki, kölgə iqtisadiyyatı dünyanın ən inkişaf etmiş ölkələrində də mövcuddur: "Bunun əksini düşünsək, o zaman həmin ölkələrdə maliyyə-vergi nəzarəti idarələri də olmamalıdır. Amma dünyanın ən inkişaf etmiş ölkələrində belə həmin idarələr var, vergi qanunvericiliyi mövcuddur. Sadəcə, kölgə iqtisadiyyatının faizi ölkədən-ölkəyə dəyişir”.

"İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli isə hesab edir ki, hazırda ölkəmizdə kölgə iqtisadiyyatının payının 1,8 faiz təşkil etməsi arzuolunan hal deyil. Onun sözlərinə görə, kölgə iqtisadiyyatının mövcud olduğu sahələrdən biri kirayə mənzil bazarıdır. Hazırda ölkəmizdə yarım milyona yaxın mənzil kirayə verilib. Bunların da böyük hissəsi vergidən yayınır. Hətta bəzi insanların kirayədə bir neçə evi var. Bundan başqa, klinikalarda, şadlıq saraylarında vətəndaşlardan böyük məbləğlərdə nağd vəsaitlər alınır. Amma bunun müqabilində onlara heç bir qəbz təqdim olunmur. Xatırlamıram ki, hansısa restoran və ya şadlıq sarayı təşkil olunan ziyafətə görə müştərinin etdiyi ödənişlə bağlı ona qəbz təqdim etsin. Təmir-tikinti, kənd təsərrüfatı, repetitorluq sahəsində də belə hallar baş verir”. ("Kaspi" qəzeti)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Sentyabr 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri