Icma.az
close
up
RU
Görünməyən gəlirlər: Ölkədə kölgələnən iqtisadiyyatın izi

Görünməyən gəlirlər: Ölkədə kölgələnən iqtisadiyyatın izi

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda müşahidə olunmayan iqtisadiyyatın ümumi daxili məhsulda payı 7.7 faiz təşkil edir. Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimovun sözlərinə görə, bunun 1.8 faizi kölgə iqtisadiyyatının payına düşür: "İlk baxışda bu rəqəm kiçik görünə bilər, lakin bu, 3.2 milyard manatlıq məhsul və xidmətin statistikadan kənarda qalması, 2.2 milyard manatlıq əlavə dəyərin isə uçotdan gizlədilməsi deməkdir".

Maraqlıdır, ölkə iqtisadiyyatında "görünməyən" fəaliyyətlər əsasən hansı sahələrdə cəmləşir? Kölgə iqtisadiyyatı daha çox harada "kölgələnir"?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Bəzi sahibkarlar "ağarmaq" istəmirlər

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı Ruslan Atakişiyev bildirir ki, bəzi sahibkarlar fəaliyyətlərini "ağartmaqda" maraqlı deyillər: "Biz bunu daha çox ticarət və xidmət sektorunda müşahidə edirik. Məsələn, iri ticarət mərkəzləri kölgə iqtisadiyyatının geniş yayıldığı yerlərdən biridir. Regionlarda yerləşən bəzi istehsal müəssisələri də vergidən yayınırlar. Belə istehsal müəssisələri adətən zirzəmilərdə, gözdən uzaq məkanlarda fəaliyyət göstərirlər. Bəzi müəssisələr isə gəlirlərinin yalnız müəyyən bir hissəsini açıqlayır, digər hissəsini gizlədirlər. Demək olar ki, bütün sahələrdə kölgə iqtisadiyyatına rast gəlinir. Dövlət qurumları da çalışırlar ki, həmin sahələr "ağardılsın".

Ekspertin sözlərinə görə, iqtisadiyyatın tamamilə ağardılması qeyri-mümkündür. Amma "görünməyən" fəaliyyətlərin həcmini ciddi səviyyədə azaltmaq olar: "Bunun üçün vergi nəzarəti mütəmadi olaraq həyata keçirilməlidir. Eyni zamanda, stimullaşdırıcı tədbirlər nəzərdə tutulmalıdır ki, kölgədə olan sahibkarlar fəaliyyətlərini ağartmaqda maraqlı olsunlar. Hazırda sahibkarların gəlirlərini gizlətmə səbəblərindən biri alışlarla bağlıdır. Onlar çox vaxt alışları həyata keçirərkən məcbur olurlar ki, bəziləri qeyri-rəsmi olsun. Bu istiqamətdə nəzarətin gücləndirilməsi vacibdir. İkinci məsələ, çox vaxt sosial ödəmələrin həcmi yüksək olduğundan sahibkarlar rəsmi müqavilə ilə işçi götürməkdə maraqlı olmurlar. Bu məsələyə diferensial şəkildə baxılmasına ehtiyac var".

"Nümunəvi vergi ödəyicilərinin reytinqi hazırlansın"

Ekspert həmçinin vurğulayır ki, sahibkarların "kölgə"dən çıxarılması istiqamətində sistemli iş aparılmalıdır: "Yaxşı olar ki, nümunəvi sahibkarlıq subyektlərinin reytinqi müəyyənləşdirilsin və cəmiyyətə elan olunsun. Kölgə iqtisadiyyatında mövcud olan sahibkarların "kölgə"dən çıxarılması istiqamətində iş aparılmalıdır. Yəni onlar mövcud istehsal avadanlıqlarını və sexlərini "ağartmaqda" çətinlik çəkirlərsə, burada da bir inam, dəstək formalaşdırmaq lazımdır. Düşünürəm ki, onlarla fərdi görüşlər keçirmək, problemlərinə yaxından bələd olmaq lazımdır".

İri ticarət mərkəzlərində sənədsiz mal dövriyyəsi

Vergi məsələləri üzrə ekspert Anar Bayramov deyir ki, son illər kommersiya obyektlərinin dövriyyəsinin şəffaflaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib: "Amma bu, bəzi sahibkarlara sərf etmir. Onlar müxtəlif yollarla vergidən yayınmağa cəhd göstərirlər. Bu gün karqo şirkətləri iqtisadiyyatın "kölgələnməsində" müəyyən rola malikdir. Xaricdən gətirilən mallar onların adına çox cüzi məbləğlə rəsmiləşdirilir. Yəni, faktiki olaraq malın mülkiyyətçisi, idxalatçısı başqa şəxslərdir, lakin həmin şəxslər rəsmi qaydada fəaliyyət göstərmirlər".

A.Bayramovun fikrincə, kölgə iqtisadiyyatının böyük bir payı iri ticarət mərkəzlərinin üzərinə düşür: "Sədərək", "Binə" kimi iri ticarət mərkəzlərində böyük həcmdə sənədsiz mal dövriyyəsi mövcuddur. Regionları götürəndə isə mərkəzdən kənar yerlərdə kölgə iqtisadiyyatı hakim mövqeyə malikdir. Çünki orada əhalinin həssas qrupu yaşadığından məsələyə bir qədər emosional yanaşılır və nəzarət tədbirləri daha yumşaq formada həyata keçirilir. Xidmət sektorunda da kölgə iqtisadiyyatını hərəkət etdirmək daha rahatdır. Əsas yayınma üsullarından biri isə ödənişlərin "Card to card" üsulu ilə alınmasıdır. Eyni zamanda, ölkə xaricinə xidmətlər göstərərkən qanunvericiliyin tələblərini pozaraq ödənişləri kriptovalyuta vasitəsilə həyata keçirirlər. Bu da kölgə iqtisadiyyatında rol oynayır".

Həm cəza, həm də stimullaşdırıcı tədbirlər

Mütəxəssis bildirir ki, dövlət tərəfindən bu kimi halların aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görülür: "Zaman-zaman bununla bağlı qanunvericiliyə sərt tədbirlər gətirilib. Bundan başqa, kommersiya qurumları arasında nağdsız hesablaşmalar təşviq olunur ki, buna uyğun olaraq onlara müəyyən qədər vergi endirimləri edilir. Yəni, dövlət bu istiqamətdə həm cəzalandırma, həm də təşviq vasitəsilə tədbirlər həyata keçirir. Nəticədə kölgə iqtisadiyyatının səviyyəsi ildən-ilə aşağı düşür".

Ekspert vurğulayır ki, kölgə iqtisadiyyatı dünyanın ən inkişaf etmiş ölkələrində də mövcuddur: "Bunun əksini düşünsək, o zaman həmin ölkələrdə maliyyə-vergi nəzarəti idarələri də olmamalıdır. Amma dünyanın ən inkişaf etmiş ölkələrində belə həmin idarələr var, vergi qanunvericiliyi mövcuddur. Sadəcə, kölgə iqtisadiyyatının faizi ölkədən-ölkəyə dəyişir".

Yarım milyondan artıq mənzil kirayə verilir

"İqtisadi və Sosial Araşdırmalara Yardım" İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli isə hesab edir ki, hazırda ölkəmizdə kölgə iqtisadiyyatının payının 1.8 faiz təşkil etməsi arzuolunan hal deyil. Onun sözlərinə görə, kölgə iqtisadiyyatının mövcud olduğu sahələrdən biri kirayə mənzil bazarıdır. Hazırda ölkəmizdə yarım milyona yaxın mənzil kirayə verilib. Bunların da böyük hissəsi vergidən yayınır. Hətta bəzi insanların kirayədə bir neçə evi var. Bundan başqa, klinikalarda, şadlıq saraylarında vətəndaşlardan böyük məbləğlərdə nağd vəsaitlər alınır. Amma bunun müqabilində onlara heç bir qəbz təqdim olunmur. Xatırlamıram ki, hansısa restoran və ya şadlıq sarayı təşkil olunan ziyafətə görə müştərinin etdiyi ödənişlə bağlı ona qəbz təqdim etsin. Təmir-tikinti, kənd təsərrüfatı, repetitorluq sahəsində də belə hallar baş verir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Sentyabr 2025 00:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see293

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see235

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see209

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see174

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see172

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see167

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see166

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see147

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see145

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see133

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see125

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri