Icma.az
close
up
RU
BMU da anım tədbiri Fotolar

BMU da anım tədbiri Fotolar

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Bakı Mühəndislik Universitetində (BMU) 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə şəhidlərin əziz xatirəsi yad olunub, ardınca Dövlət Himni səsləndirilib, 20 Yanvar hadisələri ilə bağlı videoçarx nümayiş etdirilib.
BMU-nun rektoru Yaqub Piriyev çıxışında faciəni XX əsr boyunca Azərbaycan xalqına qarşı həyata keçirilən məqsədyönlü və amansız siyasətin qanla yazılmış səhifələrindən biri kimi səciyyələndirib. Rektor Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçovun göstərişi ilə 65 minlik hərbi qüvvənin Bakıda və bir neçə rayonda törətdiyi vəhşiliklərə toxunaraq, bu qətliama dair mühüm statistik faktları diqqətə çatdırıb. Bildirib ki, əsas məqsəd Azərbaycan xalqının milli dövlətçilik mübarizəsini, azadlıq arzularını boğmaq, çökməkdə olan Sovet imperiyasını qoruyub saxlamaq idi. 

Yaqub Piriyev vurğulayıb ki, faciədən sonra Azərbaycan tam informasiya blokadasına salınmışdı. Həmin vaxt Moskvada yaşayan xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyev bu səddi yararaq 20 Yanvar faciəsinin səhərisi günü ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirmiş, doğma xalqı ilə həmrəylik nümayiş etdirmiş, SSRİ rəhbərliyinin törətdiyi qanlı cinayətə açıq etirazını bildirmişdi. Sovet imperiyasının mövcud olduğu bir dövrdə Ulu Öndərin bu cür bəyanatla çıxış etməsi bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlər atırlar.

Rektor əlavə edib ki, məhz bu tarixi bəyanat nəticəsində beynəlxalq ictimaiyyət Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilmiş dövlət terroru barədə məlumatlandırıldı. Çıxışında 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsinin, şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin də Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladan rektor daha sonra bildirib ki, Azərbaycanın azadlıq mübarizəsinin ilk şəhidlərinin qanı hədər getməyib. 20 Yanvar şəhidlərinin qoyduğu yol xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəsində bir məşələ çevrilərək, ölkəmizi dövlət müstəqilliyinə qovuşdurub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində böyük Qarabağ Zəfərinə aparıb, 2023-cü ilin sentyabrında isə ölkəmizin suverenliyinin tam bərpası ilə nəticələnib.

Sonra BMU-nun şöbə müdiri professor Şikar Qasımov 20 Yanvar hadisələri barədə məruzə ilə çıxış edib.






Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Yanvar 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see522

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see431

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see350

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see317

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see297

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see292

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see283

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see283

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see235

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see222

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see217

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see216

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see215

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see214

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see213

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see209

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see202

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see185

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri