Icma.az
close
up
RU
Kollecdə dəhşətli akt: Şah İsmayıl kimi ediblər? ŞOK GERÇƏKLƏR

Kollecdə dəhşətli akt: Şah İsmayıl kimi ediblər? ŞOK GERÇƏKLƏR

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Böyük Britaniyada Oksford Universitetinin Vuster kollecində onilliklər boyu rəsmi tədbirlərdə insan kəlləsindən hazırlanmış qədəhdən istifadə edilib.

Kəllədən qədəh hazırlanması ilə bağlı iddia Azərbaycan tarixində də var və Səfəvilər İmperiyasının qurucusu Şah İsmayılın adı ilə bağlıdır. Deyilənə görə, o, Şeybani xanın kəlləsindən qədəh hazırlatdırıb. Qərb və Şərq mənbələrində bunu təsdiq və təkzib edən iddialar mövcuddur.

Şah İsmayılla bağlı bu iddia və ümumilikdə kəllədən qədəh hazırlanmasının tarixi haqda gerçəklər nədir?

Globalinfo.az-a danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli bildirib ki, türk və Azərbaycan xalqının tarixi şəxsiyyətlərinə qarşı zaman-zaman qərəzli münasibət və qarayaxmalar olub:

“Tarix boyu türk və müsəlman liderlərinə qarşı qarayaxma kampaniyaları aparılıb. Bu cür qarayaxmalar Qərb ədəbiyyatında və tarixşünaslığında da geniş yer alıb. Məsələn, kəllədən qədəh hazırlanması və ondan içki içilməsi kimi hallar yalnız türk tarixi şəxsiyyətlərinə aid edilir, halbuki bu tip ənənələrin kökü bəzi Qərb ölkələrinə gedib çıxır.

Xüsusilə Səfəvi dövlətinin qurucusu və ilk hökmdarı Şah İsmayıl Xətaiyə qarşı bu cür iddiaların irəli sürülməsi, onu tarixi fakt kimi təqdim etmək qərəzli yanaşmanın nəticəsidir. Bu, təkcə bir şəxsin nüfuzuna kölgə salmaq deyil, həm də türk və müsəlman xalqları arasında nifaq yaratmaq məqsədi daşıyır.

Şah İsmayıl Xətai Azərbaycan türklərindəndir və bu, onun soyadında da öz əksini tapır. Şeybanilər isə Türküstan türkləridir. Belə olan halda iki türk hökmdarını vəhşilikdə ittiham etmək, onları bir-birinə qarşı barbar kimi göstərmək ümumi türk tarixi və mədəniyyətinə qarşı təxribat xarakteri daşıyır.

Faiq Ələkbərli

Bütün bunlar Qərb tarixşünaslığında uzun illər formalaşmış “türk obrazını vəhşi kimi təqdim etmə” siyasətinin davamıdır. Bunun qarşısını almaq üçün öz tariximizi düzgün tanıtmalı, liderlərimizin kimliyini və töhfələrini obyektiv şəkildə təqdim etməliyik.

Şah İsmayılın aldığı tərbiyə, dini və əxlaqi dünyagörüşü heç bir halda belə bir vəhşi davranışa imkan verməzdi. Tarixdə Əmir Teymur, Sultan Süleyman Qanuni kimi sərt addımlar atan hökmdarlar olub. Lakin onların heç biri dinin və mənəviyyatın sərhədlərini aşan vəhşiliklərlə yadda qalmayıb.

Vaxtilə böyük dramaturq Hüseyn Cavid də bu mövzuya toxunaraq haqlı şəkildə yazırdı ki, Avropa və Qərb tarixçiləri öz Lüdoviqlərini, Makedoniyalı İsgəndərlərini şəhərlərdə heykəllərlə ucaldır, onları qəhrəmanlaşdırır. Biz isə öz tarixi şəxsiyyətlərimizi vəhşi, qaniçən, barbar kimi təqdim edirik. Bu yanaşmadan imtina etməli, milli kimliyimizi və tarixi mirasımızı düzgün qorumalıyıq”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Aprel 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri