Kolleclərdə monitorinq keçirildi, nöqsanlar aşkarlandı
Yenigundem portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Noyabrın 14-16-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, yoxlamalar zamanı təhsil müəssisələrində tədris prosesinin təşkili və idarəetmə ilə bağlı bir sıra nöqsanlar aşkarlanıb:
“Nəticədə kolleclərin rəhbər şəxslərinə şiddətli töhmət verilib və xəbərdarlıq edilib”.
Qeyd edilib ki, agentlik tərəfindən orta ixtisas təhsil müəssisələrində idarəetməni təkmilləşdirmək, şəffaflığı və təhsilin keyfiyyətini artırmaq məqsədilə keçirilən tədbirlər davam edəcək.

Kolleclərdə monitorinq keçirildi, nöqsanlar aşkarlandı
04 Dekabr 2024 13:11
Kolleclərdə monitorinq keçirilib, nöqsanlar aşkarlandı
04 Dekabr 2024 12:45
Kolleclərdə monitorinqlər keçirildi Nöqsanlar aşkarlandı
04 Dekabr 2024 13:12
Kolleclərdə monitorinq keçirilib, nöqsanlar aşkarlandı Yeni Çağ Media
04 Dekabr 2024 13:23
Kolleclərdə monitorinq keçirilib, nöqsanlar aşkarlanıb
04 Dekabr 2024 12:39

