Kolleclərə qəbul üzrə ixtisas seçiminin vaxtı açıqlandı
Icma.az bildirir, Milli.az portalına istinadən.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul üçün ixtisas seçimi davam edir.
Milli.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, abituriyentlər ixtisas seçimini avqustun 9-u saat 23:59-dək tamamlamalıdırlar.
Namizədlər müəyyən edilmiş müddət ərzində qəbul olmaq istədikləri ixtisasların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil etməli və ərizəni təsdiqləməlidirlər.
DİM-in məlumatına əsasən, avqustun 7-si saat 10:05-ə qədər 7452 abituriyent elektron ixtisas seçimi ərizəsini təsdiqləyib. Onlardan 7099 nəfər Azərbaycan, 353 nəfər isə rus bölməsi üzrə müraciət edib.
Qeyd olunub ki, kolleclərə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər məlumatlar "Abituriyent" jurnalının 3-cü sayında dərc edilib.
Abituriyentlər ixtisas seçimi zamanı DİM-in abituriyent məsləhət mərkəzlərindən də ödənişsiz yararlana bilərlər. Bu mərkəzlər bir sıra ali təhsil müəssisələrində və DİM-in regional bölmələrində fəaliyyət göstərir.
Müsabiqədə yalnız elektron ixtisas seçimi ərizəsini təsdiq edən şəxslər iştirak edə biləcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:248
Bu xəbər 07 Avqust 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















