Icma.az
close
up
RU
Kolleksiyaçılar üçün super Porsche: Cəmi 20 avtomobil istehsal ediləcək

Kolleksiyaçılar üçün super Porsche: Cəmi 20 avtomobil istehsal ediləcək

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Britaniyanın "Talos" şirkəti "Porsche 911 GT3 RS" (992.2 nəsli) modelinin dərindən modernləşdirilmiş versiyası olan "Talos 911 RT" layihəsini təqdim edib.
Bizim.Media xəbər verir ki, "Motorious" nəşrinin yaydığı məlumata görə, restomod formatında hazırlanan bu idman avtomobilində əsas diqqət konstruksiyanın yüngülləşdirilməsinə, gücün artırılmasına və trek performansına yönəlib.
 

Baza modeli olan "Porsche 911 GT3 RS" onsuz da seriyalı istehsal olunan ən güclü trek idman avtomobillərindən biri hesab edilsə də, "Talos" mühəndisləri kuzov və şassinin əsas elementlərini yenidən işləyərək onun xarakteristikasını daha da gücləndiriblər.


Layihənin ən böyük yeniliklərindən biri avtomobilin tamamilə rəngsiz və dekorativ elementlərsiz, açıq strukturlu karbon lifli (karbon-plastik) kuzova sahib olmasıdır. Şirkətin hesabatına görə, bu dəyişiklik avtomobilin çəkisini təxminən 80 kq (176 funt) azaltmağa imkan verib. Dizaynda minimalist tərtibatı və "çılpaq" karbonu ilə seçilən "Porsche 911 R" modelindən ilhamlanılıb.
Superkar, həmçinin fərqli yol şəraitlərinə uyğun tənzimlənə bilən və mobil tətbiq vasitəsilə idarə olunan təkmilləşdirilmiş "Ohlins TTX" asqı sistemi ilə təchiz edilib.
Avtomobilin mühərrikinin gücü 500-dən 540 at gücünə qədər artırılıb. Şirkət texniki dəyişikliklərin təfərrüatlarını gizli saxlasa da, gücün ötürülməsinin daha rəvan və idarəolunan variantda tənzimləndiyini qeyd edib.
Eksklüziv layihə olduqca məhdud sayda — cəmi 20 nüsxədə işıq üzü görəcək və hər bir avtomobil fərdi konfiqurasiyada yığılacaq.
Yenilənmə paketinin qiyməti baza modelinin öz dəyəri nəzərə alınmadan təxminən 1,15 milyon dollardan başlayır. İlkin avtomobilin qiyməti ilə birlikdə isə bu superkarın ümumi satış dəyəri təxminən 1,5 milyon dollara çatacaq.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 İyun 2026 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri