Boksçularımız Prezident kubokunda qüvvələrini sınayacaqlar
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan təmsilçiçəri bu gün Türkiyənin İstanbul şəhərində start götürən boks üzrə IBA Prezident kubokunda mübarizə aparacaqlar.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarışda Azərbaycan idmançıları böyük məşqçi Nəriman Abdullayev, məşqçilər Rəhim Allahverdiyevlə Rüfət Aslanovun rəhbərliyi altında çıxış edəcəklər.
Məşqçilər korpusu kubokda Bilalhəbaşi Nəzərov (50 kq), Tural Sarıyev, Nicat Hüseynov (hər ikisi 52 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev, Tayfur Əliyev (hər ikisi 60 kq), Malik Həsənov, Zaur Qəhrəmanov (hər ikisi 65 kq), Sərxan Əliyev (70 kq) və Seyid Seyidova (85 kq) şans verəcəklər.
Yarışın qaliblərinin adına dekabrın 4-də aydınlıq gələcək.
İstanbulda Fuad Aslanovla Rövşən Qədirov ölkəmizi hakim kimi təmsil edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 27 Noyabr 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















