Prezident İlham Əliyevə verdiyimiz sözü yerinə yetirdik Nazir
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Estoniya çox böyük ölkə deyil. 1,3 milyon əhalimiz var. Bizim üçün hər bir səfirlik çox vacibdir. Azərbaycanda səfirliyimizin açılması bizim uzunmüddətli öhdəlikdən xəbər verir. Səfirliyin açılması sadiqliyimizin nümunəsidir".
Modern.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
"1 il əvvəl Prezident İlham Əliyevlə görüşdə verdiyimiz sözü yerinə yetirdik. Ermənistanda da səfirlik açmışıq. Bu da bizim regiona marağımızı göstərir”, - nazir əlavə edib.
Onun sözlərinə görə, son bir il yarım ərzində ölkələrimiz arasında münasibətlər əhəmiyyətli dərəcədə inkişaf edib.
“Özəl sektor şirkətlərinin fəallığı və dövlətlərarası münasibətlərimizin dinamikası ortaq maraqlarımızın mövcudluğundan xəbər verir. Azərbaycanın enerji sahəsindəki təcrübəsi, Şərq-Qərb və Orta Dəhliz layihələri, eyni zamanda, regionda normallaşma prosesi böyük perspektivlər vəd edir.
Ermənistanda da səfirliyimizi açmışıq. Bu, regiona marağımızın və Cənubi Qafqazda iştirakımızı genişləndirmək niyyətimizin göstəricisidir. Cənab Prezident İlham Əliyevlə görüşümüz zamanı qlobal təhlükəsizliklə bağlı narahatlıqlarımızı da müzakirə etdik”, - estoniyalı nazir vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 27 Noyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















