Komaya düşmə xəbərindən sonra sərgidən fotoları paylaşıldı
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verdiyimiz kimi, Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın beyninə qan sızması nəticəsində komaya düşdüyü, vəziyyəti kəskin pisləşdiyindən və Pxenyanın tibbi imkanları kifayət etmədiyindən təcili müalicə üçün Çinə aparıldığı barədə iddialar yayılıb.
“Qafqazinfo”nun məlumatına görə, Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi dövlət başçısının sağlamlıq problemləri ilə bağlı şayiələr fonunda onun sərgidə çəkilmiş fotolarını dərc edib.
Bildirilib ki, KXDR lideri Pxenyanda geyim və ayaqqabı sərgisini ziyarət edərkən onu həyat yoldaşı Li Sol Çju və qızı Kim Çju E müşayiət edib. Bununla belə, bu kadrların dəqiq nə vaxt çəkildiyi bəlli deyil.
Qeyd edək ki, “The Sun” nəşrinin Kim Çen Inla bağlı məlum xəbərindən sonra ekspertlər hakimiyyətə kimin gələcəyi ilə bağlı fikirlərini bölüşüblər. Onların zənnincə, Şimali Koreya lideri vəfat edəcəyi təqdirdə ölkəni müvəqqəti olaraq, yəni Kimin 13 yaşlı qızı Kim Çju E kifayət qədər böyüyənədək onun bacısı Kim Yo Çonq idarə edəcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:169
Bu xəbər 20 Oktyabr 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















